HÜSEYNOV Nadir İsmayıl oğlu (d.4.4. 1953, Füzuli r-nunun Şıxlı k.) – Azәrb. tibb alimi, revmatoloq, fiziote rapevt. Tibb e.d. (1991), prof. (2010). N.Nәrimanov ad. Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1977). 1978–82 illәrdә Bakı şәhәr Tәcili Tibbi Yardım stansiyasında hәkim, 1986–2000 illәrdә Elmi Tәdqiqat Tibbi Reabilitasiya İn-tunda (1991–2000 illәrdә artroloji şöbәnin rәhbәri) işlәmiş, 1996 ildәn Azәrb. Tibb Untinin fizioterapiya vә İdman Tәbabәti kafederasında (2010 ildәn prof.) işlәyir.
Tәdqiqatları, әsasәn, revmatik xәstәliklәrin, spondiloartritin, osteoartrozun vә s. xәstәliklәrin müalicәsindә sistemli enzimote rapiyanın, ozonoterapiyanın vә digәr üsulların istifadәsi probleminin öyrәnilmәsinә hәsr edilmişdir. 100-dәn artıq elmi әsәrin müәllifidir.










