HÜSEYNOV Rafael Baba oğlu (d.12.8.1955, Kürdәmir) – Azәrb. әdәbiyyat şünası, ictimai xadim, yazıçı, publisist, tәrcümәçi, mәtnşünas. Filologiya e.d. (1992), prof. (1992), AMEA-nın akad. (2014; m. üzv 2007). Əmәkdar incәsәnәt xadimi (2005). Azәrb. Dövlәt Un-tinin (indiki BDU) şәrq şünaslıq fakültәsini bitirmişdir (1976). AMEA-nın Şәrqşünaslıq İn-tunda kiçik elmi işçi, baş elmi işçi (1978–88), N.Gәncәvi ad. Milli Azәrb. Ədәbiyyatı Muzeyindә şöbә müdiri (1988– 2003) işlәmiş, 2003 ildәn muzeyin direktorudur. BDU-da müәllim (1987–89), Azәrb. Dövlәt Konservatoriyasında (1990–91), Xәzәr Un-tindә (1995–98) kafedra müdiri, Azәrb. Dövlәt Pedaqoji Un-tinin prof.-u (2008–14) olmuşdur. Tәdqiqatları, әsasәn, Azәrb. әdәbiyyatının әdәbi-nәzәri problemlәrinә, orta әsrlәr fars, әrәb vә türk dilli poeziyasına aiddir. İsmayıl ibn Yәssar, Baba Tahir, Mәhsәti Gәncәvi, Zülfiqar Şirvani, Nәsimi, Şah İsmayıl Xәtai, Füzuli, A.Bakıxanov, H.Cavid, R.Rza, N.Rәfibәyli vә b.-nın hәyat vә yaradıcılığının öyrәnilmәsindә xidmәtlәri vardır. 500-dәn çox elmi әsәrin, o cümlәdәn 30-dan artıq monoqrafiyanın, hәmçinin bir çox sәnәdli vә elmi-kütlәvi filmlәrin (“Ocaq başı”, 1990; “Cavid ömrü”, 2007; “Ömrün rәnglәri”, 2007; “Maestro Niyazi”, 2007; “Rәfibәylilәr”, 2009 vә s.) ssenari müәllifidir. Azәrb. televiziyası vә radiosunda әdәbiyyat vә incәsәnәtә dair bir sıra verilişlәrin, o cümlәdәn “Vәtәnim” silsilә verilişlәrinin yaradıcısı vә aparıcısıdır. Əsәrlәri müxtәlif ölkәlәrdә 20-dәn çox dildә nәşr olunmuşdur. Bir sıra Azәrb. vә dünya әdәbiyyatı klassiklәrinin (Ş.Y.Sührә vәrdi, Ə.Meyxani, Baba Kuhi Bakuvi, M.Beylәqani, Ö.Xәyyam, S.Tәbrizi, E.Fitscerald, A.S.Puşkin vә b.) әsәrlәrini Azәrb. dilinә tәrcümә etmişdir. 100-dәn artıq şeirinә musiqi bәstәlәnmişdir. “Heydәr oratoriyası”, “İstiqlal” vә “Nәsimi” operalarının, “Mete xaqan” baletinin libretto müәllifidir. Azәrb. Resp. Milli Mәclisi nin (2–7-ci çağırış) deputatı, vitse-spikerdir. Azәrb.-ın AŞPA-dakı nümayәndә heyәtinin üzvüdür (2001 ildәn). Azәrb. Resp.-nın “Şәrәf” ordeni ilә (2024) tәltif olunmuşdur.

Ə s ә r l ә r i: Vaxtdan uca. B., 1987; Mәhsәti necә varsa. B., 1989; Rәfibәylilәr. B., 1996; Millәtin zәrrәsi. B., 2001; Əbәdi Cavid. B., 2007; Söz tәk gözәl. B., 2013; Yoxdan var. B., 2014; Millәt yaddaşının keşikçisi. B., 2018; Yaxşıların yaxşısı. Hәsәn bәy Ağayev. B., 2019; İkinci olmayacaq. B., 2023.










