HÜSEYNOV Rәfail Əşrәf oğlu (7.4.1936, Bakı – 12.3.1997, Bakı) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1991). Akad. Ə.İ.Hüseynovun oğludur. 1960 ildә Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir. Azәrb. EA Geologiya İn-tunda baş laborant (1960–61), kiçik elmi işçi (1961–84), 1984 ildәn laboratoriya rәhbәri vәzifәlәrindә işlәmişdir. Elmi tәdqiqatları neft-qaz yataqlarının axtarışında geokimyәvi üsulların işlәnib hazırlanması, Yer qabığı qazlarının geokimyası, submarin qazhidratәmәlәgәlmә proseslәrinin geokimyәvi xüsusiyyәtlәrinin öyrәnilmәsi sahәlәri üzrәdir. O, Xәzәr dәnizinin su qatlarının karbohidrogen qazları sahәlәrinin riyazi modelini qurmuşdur. H. 90-dan çox elmi әsәrin müәllifi, bir xәritәnin hәm müәllifidir.










