HÜSEYNOV Rәhim Əlihüseyn oğlu (5.4.1936, Bakı – 12.11.2023, Bakı) – Azәrb.-ın dövlәt xadimi. Moskva Polad İn-tunu (1959) bitir miş dir. 1959–62 illәrdә Azәrb.boru-prokat z-dunda usta kömәkçisi, texnoloq, sex rәisi (1959–62), Azәrb. SSR Dövlәt Plan Komitәsindә baş mütәxәssis, şöbә rәisi vәzifәlәrindә (1962–65) çalışmışdır. 1965–74 illәrdә Baş Maddi-Texniki Tәchizat İdarәsi rәisinin müavini, 1974–89 illәrdә Respublika Dövlәt Maddi-Texniki Tәchizat Komitәsinin sәdri, 1989–92 illәrdә Azәrb. Dövlәt Plan Komitәsinin sәdri vә Nazirlәr Soveti sәdrinin birinci müavini, Azәrb. Resp.-nın baş naziri (1992, may – 1993, yanvar) olmuşdur. Qırmızı Əmәk Bayrağı, Xalqlar dostluğu, “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.










