HÜSEYNOV Rәhim Əyyub oğlu (9.9.1924, Şuşa – 21.8.2012, Bakı) – Azәrb. astrofiziki, AMEA-nın m. üzvü (2001), astrofizika üzrә ilk e.d. (1971), prof. (1976). Azәrb. Dövlәt Untini (ADU) bitirmişdir (1946). 1946 ildәn ADUda astrofizika kafedrasında fәaliyyәtә başlamışdır. 1958–75 illәrdә Azәrb. EA-nın Şamaxı Astro fizika Rәsәdxanasında elmi işlәr üzrә direktor müavini, 1975–92 illәrdә ADU-da astrofizika kafedrasının müdiri olmuşdur. Tәdqiqatları Günәş fizikası vә planetar dumanlıqlara aiddir. O, göstәrmişdirki, Günәşin mәhәlli maqnit sahәlәrindә relyativist elektronlar çox geniş diapozonda elektromaqnit şüalanma mәnbәyi ola bilәr. H.-un rәhbәrliyi ilә planetar dumanlıqlara qәdәr mәsafәlәr, dumanlıqların radiusları, onlarda dilyusiya (şüalanmanın zәiflәmәsi) әmsalları vә s. bu kimi parametrlәrin tәyini üsulları işlәnmişdir. 9000 termindәn ibarәt rusca-azәrbaycancaingiliscә “Astronomiya terminlәri lüğәtinin” hәm müәllifi vә redaktoru olmuşdur. 100-ә yaxın elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










