HÜSEYNOV Rövşәn Şәmil oğlu (22.2. 1967, Ağdam r-nunun Quzanlı k. – 14.6. 1992, Tәrtәr r-nunun Şıxarx qәs.) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 16.11. 1994). 1985 ildә BDU-nun fizika fakültәsinә daxil olmuşdur. 1985–87 illәrdә sovet ordusunda xidmәt etmişdir. 1992 ildә 20 tәlәbә BDU-da tәhsillәrini yarımçıq qoyaraq iki ay hәrbi hazırlıqdan sonra H.-un başçılığı ilә Goranboya yola düşmüşdür. Aprelin 28-dә böyük qüvvә ilә Ağcakәnd istiqamәtindә hücuma keçәn ermәnilәrin xeyli canlı qüvvәsini vә iki zirehli texnikasını mәhv etmişlәr. Mayın 11-dә Şıxarx uğrunda gedәn döyüşlәrdә komandiri olduğu tәlәbә tağımı ilә Mingәçevir alayının mühasirәyә düşәn 27 döyüşçüsünü azad etmiş, lakin özlәri mühasirәyә düşmüşlәr. Tәlәbәlәrdәn ikisi hәlak olsa da, qalanları mühasirәdәn çıxa bilmişlәr. Pulemyotla çoxlu düşmәni mәhv edәn H. qәhrәmancasına hәlak olmuşdur. Quzanlıda dәfn edilmişdir. BDU-da büstü qoyulmuşdur.










