HÜSEYNOV Sadıq Cavad oğlu (1.5.1883, Bakı – 12.3.1952, Bakı) – Azәrb. pedaqoqu. Azәrb.-da kimya sahәsindә tәhsilin vә kimya terminalogiyasının (Azәrb. dilindә) yaradıcısı. Prof. (1939), Azәrb. SSR әmәkdar elm xadimi (1943). Almaniyada Darmştadt Kimya Texnologiyası İn-tunu (1910) bitirmişdir. 1913 ildә Kiyev Tibb İn-tuna daxil olmuş, lakin 1917 ildә siyasi vәziyyәtlә әlaqәdar olaraq Bakıya qayıtmışdır. 1921–26 illәrdә Azәrb. Kişi Pedaqoji İn-tunun (indiki ADPU) kimya kafedrasının müdiri olmuş, 1927 ildәn fәaliyyәtini Azәrb. Dövlәt Un-tindә (indiki BDU) davam etdirmiş, 1936 ildәn orada, sonra isә Azәrb. Tibb İn-tunda (indiki ATU) kafedra müdiri işlәmişdir. Tәrcümә, redaktә fәaliyyәti ilә dә mәşğul olmuş, nәzәri vә tәcrübi әhәmiyyәtli tәdqiqat işlәri görmüşdür. “Qeyri-üzvi kimya praktikumu” әsәrinin müәllifidir.










