HÜSEYNOV Sakit Yәhya oğlu (d.25.5.1948, Cәlilabad r-nunun Ocaqlı k.) – Azәrb. alimi, fәlsәfә e.d. (2004), prof. (2018). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1970). Azәrb. Texniki Un-tindә dosent (1985–2005) işlәmişdir. AMEA-nın Fәlsәfә İn-tunda baş elmi işçi (2005 ildәn) olmuş, 2009 ildәn şöbә müdiridir. Tәdqiqatları, әsasәn, dini etiqad azadlığı, milli-mәnәvi dәyәrlәr, davamlı insan inkişafı, mәişәt ekologiyası vә s. mәsәlәlәrә hәsr olunmuşdur. Bir sıra beynәlxalq elmi konfranslarda mәruzәlәrlә çıxış etmişdir. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 5 monaqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Mәişәt ekologiyası. B., 1996; Azәrb.-da dini tolerantlıq mәdәniyyәti: tarix vә müasirlik, B., 2012.










