HÜSEYNOV Seymur Əlizadә oğlu (d.13.1.1976, Ağdaş r-nunun, Ağalı k.) – Azәrb. idmançısı. Karate üzrә әmәkdar mәşqçi (2015), 2 dәfә dünya (1997, Yaponiya; 2002, Almaniya) çempionu, Avropa çempionatının bürünc (1999, Yunanıstan) mükafatçısıdır. Azәrb. Texniki Un-tini bitirmişdir (1998).










