HÜSEYNOV Süleyman Salman oğlu (22.3.1912, indiki Gәdәbәy r-nunun Gәdәbәy qәs. – 21.4.1973, orada) – sovet zootexniki. SSRİ Dövlәt mükafatı laureatı (1947). İkinci dünya müharibәsi iştirakçı sı. AKTİni bitirmişdir. 1938–73 illәrdә Gәdәbәy r-nundakı cins damazlıq idarәsinin müdiri, AKP Gәdәbәy RK-nın 1-ci katibi (1954–62) işlәmişdir. H. Azәrbaycan dağ merinosu qoyun cinsinin yaradılmasında iştirak etmişdir. Azәrb. SSR Ali Sovetinin (3–5-ci çağırış) deputatı, olmuşdur. Lenin ordeni vә medallarla tәltif edilmişdir.










