HÜSEYNOV Şüa Hüseyn oğlu (d.27.2.1939, Gәncә) – Azәrb. idmançısı. Azәrb.Dövlәt Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasının prof.-u (1994), әmәkdar müәllim (2010). Azәrb. Dövlәt Bәdәn Tәrbiyәsi İntunu (1962) vә Azәrb. Dövlәt Un-tini (1967) bitirmişdir. Ağır atletika üzrә SSRİ idman ustası (1965), Azәrb. SSR әmәkdar bәdәn tәrbiyәsi vә idman işçisi (1989), beynәlxalq dәrәcәli hakimdir (1974).










