HÜSEYNOV Tanrıverdi Heydәr oğlu (d.28.12.1943, indiki Füzuli r-nunun Qacar k.) – Azәrb. terapevti, kardioloq. Tibb e.d. (1992). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1967). Nax. MR İlic (indiki Kәngәrli) r-nunun Qarabağlar kәnd xәstәxanasının baş hәkimi işlәmiş (1967–69), 1969 ildәn Elmi Tәdqiqat Tibbi Bәrpa İn-tunun Naftalan Elmi Problem laboratoriyasında (1974 ildәn baş elmi işçi) işlәyir. Tәdqiqatları, әsasәn, naftalan neftinin bәzi müalicәvi xassәlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 70-ә yaxın elmi әsәrin müәllifidir.
Ə s ә r i: Нафтaланолечение некоторых ревматических заболеваний (S.Ə.Quliyeva, M.Ə.Mәhәrrәmovla birgә). B., 1993.










