HÜSEYNOV Telman Əlihüseyn oğlu (28.12.1934, Cәbrayıl r-nunun Quycaq k. – 4.8.2016, Bakı) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1989), prof. (1991), әmәkdar iqtisadçı (1991), әmәkdar müәllim (2006), әmәkdar elm xadimi (2015). Bakı Neft Texnologiyası Texnikumunu (1954), Azәrb. Dövlәt Un-tini (1959) bitirmişdir. Azәrb. EA-nın İqtisadiyyat İn-tunda kiçik elmi işçi (1965–67), Azәrb. Xalq Tәsәrrüfatı İn-tunda (indiki ADİU) kafedra müdiri (1968–73), fakültә dekanı (1973–78), direktor müavini (1989), prorektor (1991–93, 1998–2003), rektor әvәzi (2004), kafedra müdiri (2014 ilә qәdәr), prof.-mәslәhәtçi (2014–16) vәzifәlәrin dә çalışmışdır. 160-dan çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur.
Ə s ә r l ә r i: Neftmaşınqayırma sәnayesinin әsas fondlarından istifadәsinin yaxşılaşdırılması yolları. B., 1969, Elmi-texniki tәrәqqi vә maşınqayırmanın sәmәrәliliyi. B., 1986.










