HÜSEYNOV Tofiq Hәsәn oğlu (d.27.12.1937, Laçın r-nu) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2009), prof. (2014). Azәrb. SSR әmәkdar iqtisadçısı (1991). Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu bitirmişdir (1960). Bakı Baş Tikinti İdarәsinin evtikmә kombinatında iqtisadçı (1961–64), Dövlәt Plan Komitәsi yanında Elmi Tәdqiqat İqtisadiyyat İn-tunun şöbә müdiri, direktor müavini vә direktoru (1967–2000) olmuş, 2000 ildәn AMEA-nın İqtisadiyyat İn-tunda şöbә müdiri vәzifәsindә çalışır. İnvestisiya qoyuluşları problemlәrini araşdırmışdır. 160-adәk elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Azәrbaycanda investisiyalar. B., 2009; Azәrbaycanın milli iqtisadi inkişaf modeli. B., 2015.










