HÜSEYNOV Zahid İbrahim oğlu (d. 12.1.1959, Neftçala r-nu) – Azәrb. hәrbi xadimi, gen.-l. (2019). Tbilisi Ali Artilleriya Komandanlıq Mәktәbini bitirmişdir (1980). Raket vә Artilleriya Qoşunlarının komandanı, Baş Qәrargah rәisinin birinci müavini olmuşdur. Azәrb. Resp.-nın “Azәrbaycan Bayrağı” ordeni (2016) vә medallarla tәltif edilmişdir. 2021 ildә ehtiyyata buraxılmışdır.










