HÜSEYNOVA Almaz Hәsәn qızı (d. 24.8. 1959, Xaçmaz) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2014), prof. (2019). Azərb. Dövlət Un-tini bitirmişdir (1981). Azәrb. Xalq Maarifi Muzeyindә elmi işçi (1983– 91), Qızlar kollecindә (1991–98) vә Bakı Qızlar Un-tindә (1998–2013) baş müәllim, dosent işlәmiş, 2014 ildәn AMEA Folklor İn-tunun aparıcı elmi işçisidir. Tәdqiqatları, әsasәn, Azәrb. mühacirәt folklor şünaslığının araşdırılmasına hәsr olunmuşdur. 155-dәn çox elmi әsәrin, o cümlәdәn 5 monoqrafiyanın, 3 dәrs vәsaitinin müәllifidir.
Ə s ә r l ә r i: Azәrbaycan mühacirәt folklorşünaslığında dastançılıq mәsәlәlәri. B., 2002; İki dastan. B., 2006; Azәrbaycan mühacirәt folklorşünaslığı. B., 2016.










