HÜSEYNOVA Arzu Doğru qızı (d.21.7.1966, Bakı ş.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2016). Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1988). Əmәk fәaliyyәtinә proqramçı kimi başlamışdır (1988). AMEA-nın Elmi İnnovasiyalar Mәrkәzinin direktor müavini (2005–14), İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tәdqiqat İntunda şöbә müdiri (2014–16) vәzifәlәrindә çalışmış, 2017 ildәn in-tun direktor müavinidir. Milli innovasiya sistemlәrinin formalaşması vә inkişafı mәsәlәlәrini araşdırmışdır. 100-ә yaxın elmi әsәrin müәllifidir.










