HÜSEYNOVA Balacaxanım Əbdül qızı (d.18.5.1941, Bakı) − Azәrb. kimyaçısı, kimya e.d. (2008). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1965). 1970 ildәn AMEA-nın Y.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda müxtәlif vәzifәlәrdә çalışmış, 2008 ildәn baş elmi işçidir. Tәdqiqatları Azәrb.-nın yeni neft yataqlarının vә onlardan alınan mәhsulların kimyәvi tәrkibinin öyrәnilmәsinә hәsr olunmuşdur. 106-dan çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın hәmmüәllifidir.










