HÜSEYNOVA Dina Sadıq qızı (4.11. 1928, Şamaxı – 16.8.1998, Bakı) – Azәrb. tarixçisi, tarix e.d. (1993). Azәrb. Dövlәt Un-tini (1952) bitirmişdir. Hәmin ildәn Azәrb. SSR Baş Arxiv İdarәsindә işlәmiş, 1961–98 illәrdә EA-nın Tarix İn-tunda kiçik elmi işçi, baş elmi işçi vә aparıcı elmi işçi vәzifәlәrindә çalışmışdır. “Azәrbaycan tarixi”nin (yeddi cilddә) IV vә V cildlәrinin hazırlanmasında iştirak etmişdir. “Azәrbaycan ziyalıları (XIX әsrin sonu – XX әsrin әvvәllәrindә)” vә “Əlibәy Hüseynzadә” kitablarının müәllifidir.










