HÜSEYNOVA Gülsüm İsrafil qızı (d.27.8.1959, Bakı) – Azәrb. dilçisi, filologiya e.d. (2017). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1989). 1997–2016 illәrdә AMEAnın Nәsimi ad. Dilçilik İn-tunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi işlәmiş, 2016 ildәn sosiolinqvistika vә psixolinqvistika şöbәsinin baş elmi işçisidir. Tәdqiqatları Azәrb. tatlarının dilinә hәsr olunmuşdur. 70-әdәk elmi әsәrin, o cümlәdәn 4 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Lahıc tatlarının dili. B., 2002; Tat dilinin leksikası. B., 2013; Tat dili leksik fondunun genealoji tәhlili. B., 2013; Tat dilinin lüğәt tәrkibinin leksik-semantik tәhlili. B., 2014.










