HÜSEYNOVA Gülqız Ağahәsәn qızı (d.5.3.1965, Salyan r-nunun Qaraçala qәs.) –Azәrb. anatomu. Tibb e.d. (2014). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1988). Hәmin vaxtdan in-tun insan anatomiyası kafedrasında (2011 ildәn dosent) işlәyir. Tәdqiqatları, әsasәn, sinir sisteminin, sidik kisәsi vәzilәri vә limfoid törәmәlәrinin morfoloji xüsusiyyәtlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 100-dәn artıq elmi әsәrin o cümlәdәn 2 monoqrafiya, 3 dәrslik, 2 dәrs vә saiti vә 3 kitab) müәllifidir.
Ə s ә r i: Sidik kisәsi vә zilәri vә limfoid törәmәlәrinin morfoloji xüsusiyyәtlәri (V.B.Şadlinski ilә birgә). B., 2013.










