HÜSEYNOVA Xatirә Mayıl qızı (d.19.8. 1965, Gәncә) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2012), prof. (2017). Azәrb. Dövlәt Un-tinin mexanika-riyaziyyat fakültәsini bitirmişdir (1987). Bakı Sosial idarә etmә vә Politologiya İn-tunda baş müәllim, dekan müavini (1994–99) işlәmiş, 1999 ildәn Dövlәt İdarәçiliyi Akademiyasında (2012 ildәn kafedra müdiri) çalışmış, hazırda inzibati idarәetmә fakültәsinin dekanıdır. 100-әdәk elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: “Regional inkişaf proqramları: nәzәri vә praktiki mәsәlәlәr”. B., 2010.










