HÜSEYNOVA İradә Mehtiqulu qızı (d.19. 4.1963, Bakı) – Azәrb. tarixçisi, tarix e.d. (2004), prof. (2007), әmәkdar müәllim (2008). Azәrb. Dövlәt Un-tinin (indiki BDU) tarix fakültәsini bitirmişdir (1985). Un-tdә baş laborant, müәllim, baş müәllim, dosent, prof. vәzifәlәrindә çalışmış (1985– 2002), Azәrb. Resp. tәhsil nazirinin müavini (2002–11) olmuşdur. 2011 ildәn BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiridir. Əliyevşünaslıq vә qafqazşünaslıq sahәsindә tәdqiqatları var. 300-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın, dәrslik vә dәrs vәsaitinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Müstәqil Azәrbaycan dövlәtinin qurucusu. B 2004; Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру. Б., 2005; Heydәr Əliyev vә Qafqazda sülh prosesi. B., 2008.










