HÜSEYNOVA Lәtifә Müseyib qızı (19.12.1925, Bakı – 17.4.2006 Bakı) – Azәrb. pediatrı. Tibb e.d. (1970), prof. (1972). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1949). Hәmin vaxtdan in-tun hospital pediatriya kafedrasında (1970–87 illәrdә kafedra müdiri, 1987–2006 illәrdә prof.) işlәmişdir. Tәdqiqatı, әsasәn, uşaqlarda müxtәlif xәstәliklәr zamanı qanda gedәn kimyәvi dәyişikliklәrin, irsi patologiyanın vә s. öyrәnilmәsinә hәsr olunmuşdur. 130- dan artıq elmi әsәrin müәllifidir.










