HÜSEYNOVA Sofiya Hәsәn qızı (17.2. 1926, Bakı – 30.7.2015, Naxçıvan) – Azәrb. aktrisası. Azәrb. xalq artisti (1982). 1942 ildәn Nax. Dövlәt Musiqili Dram Teatrında fәaliyyәt göstәrmişdir. Peşәkar sәhnәdә debütü Tamara (“Vaqif”, S.Vurğun) obrazı ilә olmuşdur. Əsas rolları: Zalxa (“Toy”, S.Rәhman), Xuraman (“Vaqif”, S.Vurğun), Sara, Dilbәr (“Solğun çiçәklәr”, “Sevil”, C.Cabbarlı), Sәlma (“Ana”, H.Cavid), Nәrminә (“Göz hәkimi”, İ.Sәfәrli), Larisa, Kruçinina (“Cehizsiz qız”, “Günahsız müqәssirlәr”, A.Ostrovski), Tatyana (“Hücum”, B.Lavrenyov), Diana (“Nә yardan doyur, nә әldәn qoyur”, Lope de Veqa), Xanuma (“Xanuma”, A.Saqareli), Tәrgül (“Mәhsәti”, Kәmalә) vә s. H. musiqili komediya tamaşalarında da bir sıra yaddaqalan obrazlar yaratmışdır: Gülçöhrә, Gülnaz (“Arşın mal alan”, “O olmasın, bu olsun”, Ü.Hacıbәyli) vә s. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur.











