HÜSEYNOVA Şәrqiyyә Qurban qızı (d.24.9.1947, Bakı) – Azәrb. diktoru. Azәrb. Resp. xalq artisti (2006). Azәrb. Dövlәt İncәsәnәt İn-tunu bitirmişdir (1970). 1967–2004 illәrdә Azәrb. Dövlәt Teleradio Verilişlәri Şirkәtindә diktor işlәmişdir. Aydın diksiyaya malik olan H. televiziyada mühüm dövlәt mәlumatlarını oxumuş, “Günün ekranı” informasiya proqramının, әdәbi-bәdii vә yubiley proqramlarının, o cümlәdәn “Mavi işıq”, “Gәl, sәhәrim” vә s. proqramların daimi aparıcısı olmuşdur. Moskva, Minsk, Kiyev, Tbilisi vә digәr şәhәrlәrdә keçirilәn “Azәrb. televiziya günlәri”nin (1970–80) tәmsilçisi olmuşdur. 2004 ildәn müxtәlif televiziya kanallarında çalışmış, 2013 ildәn SBS kanalında pedaqoq kimi fәaliyyәt göstәrir.










