HÜSEYNOVA Zülfiyyә Yusif qızı (d.15.10.1970, Beylәqan) – Azәrb. idmançısı. Sambo (1990) vә cüdo (1991) üzrә idman ustası, sambo üzrә RF-nin әmәkdar idman ustasıdır (1992). 5 dәfә dünya (1992, Hern-Bey; 1994, Novi-Sad; 1995, Sofiya; 1996, Tokio; 1997, Novi-Sad), 2 dәfә Avropa (1992, Kiyev; 1995, Minsk) çempionu, dünya çempionatının gümüş (1998, Kalininqrad; 1999, Xixon), Avropa çempionatının bürünc (1997, Pane vejis) mükafatçısı, cüdo üzrә hәrbçilәrin Ümumdünya Oyunlarının qalibi (1995, Roma) vә bürünc (1999, Zaqreb) mükafatçısı, veteranlar arasında Avropa çempionudur (2017, Zaqreb). Azәrb. Dövlәt Bәdәn Tәrbiyәsi İn-tunu (1994) vә Bakı Dövlәt Un-tini (1998) bitirmişdir.











