HÜSEYNZADƏ Çingiz Muxtar oğlu (d.21.7.1951, Bakı) – Azәrb. dilçisi, filologiya üzrә e.d. (2005); idman xadimi. M.H.Hüseynzadәnin oğludur. Azәrb. Dövlәt Un-tinin (indiki BDU) şәrqşünaslıq fakültәsini bitirmişdir (1975). AMEA-nın Nәsimi ad. Dilçilik İn-tunda (1977–88; 1981–84 illәrdә Liviyada uzunmüddәtli ezamiyyәtdә olmuşdur), Azәrb. Mәdәniyyәt Fondunda (1988–90), BDU-nun filologiya fakültәsindә (1990–92) işlәmiş. Azәrb. Prezidenti yanında Füzuli Yubiley Komissiyasında mәsul katib (1992–93), Azәrb. Resp. Nazirlәr Kabinetinin İşlәr İdarәsindә elm sektorunun müdiri (1993), Azәrb. Resp. Prezidentinin İcra Aparatının humanitar siyasәt şöbәsindә mәslәhәtç (1993–97) olmuşdur. Azәrb. Resp. Milli Olimpiya Komitәsinin (MOK, 1997) vә İslam Hәmrәyliyi İdman Federasiyasının vitse-prezidenti (2009), MOK “Olimpiya” jurnalının baş redaktoru (1998), Azәrb. Atletika Federasiyasının prezidenti (2006), Avropa Olimpiya Komitәsi İcraiyyә Komitәsinin (2013) üzvüdür. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni (2017), Avropa Olimpiya Komitәsinin “Şәrәf” ordeni (2014), Avropa Atletika Federasiyasının “Atletikanın inkişafında xidmәtlәrinә görә” medalı (2017) ilә tәltif olunmuşdur. 70-әdәk elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Azәrbaycan dilindә morfoloji norma. B., 2004; Dil norması vә kriminalistika. B., 2005; Orta әsrlәr әrәbdilli yazılı abidәlәrdә türk mәnşәli antroponimlәr. B., 2011.
Əd.: R ә h m a n o v C., N u r u l l a y e v a K. Çingiz Hüseynzadә. B., 2011.










