HÜSEYNZADƏ Əhmәd (1812, Salyan –1887, Tiflis) – Azәrb. ilahiyyatçısı, din xadimi, Əli bәy Hüseynzadәnin babası. Tiflisdәki Qafqaz ruhani mәktәbindә oxumuş, İraqda ali dini tәhsil almışdır. Tәhsilini tamamladıqdan sonra Tiflis vә Gәncәdә dini vәzifәlәrdә çalışmışdır. Müәllimi Fazil İrәvaninin tövsiyәsi ilә Qafqaz Müsәlmanları Ruhani İdarәsinә qәbul edilmişdir. 1862 ildә Cәnubi Qafqazın şeyxülislamı tәyin olunmuşdur. 1872 il aprelin 5-dә Rusiyaçarı tәrәfindәn “Zaqafqaziya şiә vә sünni mәhәmmәdi ruhanilәr idarәsi haqqında Əsasnamә” tәsdiq edildikdәn sonra H.-nin fәaliyyәti genişlәnmiş, sәlahiyyәti artmışdır. H. 1881 ildә 3-cü dәrәcәli “Müq. Vladimir” ordeni ilә tәltif edilmişdir.
H. Mirzә Fәtәli Axundovla sıx әlaqәdә olmuş, onunla birlikdә Qori müәllimlәr seminariyasında Azәrb. şöbәsinin açılmasında yaxından iştirak etmişdir. Azәrb.-da ilk dәfә illәri hicridәn miladiyә çevirmәk üçün sinxron tәqvim cәdvәli hazırlamış vә çap etdirmişdir. H. “Müәllimül-әtfal-fi-tәriqi-tәlimi-әtfal”, “Bәsaün-nas-fi-mәmlәkәtül-Qafqaz”, “Tarixi-әdәbiyyati-türk”, “Tәrbiyәtül-әtfal”, “Dilguşa” adlı әsәrlәrin müәllifidir. Bәzi әsәrlәri Tiflisdә litoqrafiya üsulu ilә çap edilmişdir. Qasım bәy Zakir vә oğullarının sürgündәn xilas olunmasında H.-nin dә rolu olmuşdur. 1878 ildә müәllimlik fәaliyyәtindәn uzaqlaşdırılan Seyid Əzim Şirvani H.-nin sayәsindә vәzifәsinә qaytarılmışdır. H. alman qafqazşünası A.Berje ilә görüşmüş, ona M.Ş.Vazehin әsәrlәrindәn bir neçә nümunә tәqdim etmişdir.
Əd.: N u r u l l a y e v F. Şeyxülislamlıq zirvәsi: Hacı Allahşükür Paşazadә. B., 2014.










