Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜSEYNZADƏ Əli bәy Hüseyn oğlu
    HÜSEYNZADƏ Əli bәy Hüseyn oğlu (24.2.1864, Salyan – 17.3.1940, İstanbul) – Azәrb. ictimai xadimi, yazıçı, şair, publisist, tәrcümәçi, filosof, tibb prof.-u, rәssam. Valideynlәrini erkәn itirmiş, babası Qafqaz şeyxülislamı Axund Əhmәd Hüseynzadәnin himayәsindә böyümüşdür. Tiflisdә Qafqaz Müsәlmanları Ruhani İdarәsinin nәzdindәki türk-müsәlman mәktәbindә (1870–75) vә  1-ci Tiflis şәhәr gimnaziyasında (1875–85) oxumuşdur. Türkçülüklә bağlı fikirlәrinin formalaşmasına babasının vә onun dostu M.F.Axundzadәnin böyük tәsiri olmuşdur.
    Sankt-Peterburq Un-tinin fizika-riyaziyyat fakültәsindә (1885–89) vә İstanbul Untinin hәrbi-tibb fakültәsindә (1890–95) tәhsil almış, Heydәrpaşa xәstәxanasında yüzbaşı rütbәsindә hәkim dermatoloq (1895–97) işlәmişdir. Tәlәbәlik illәrindәn Gәnc türklәr hәrәkatına qoşulmuş, İttihad vә tәrәqqi” partiyasını yaradanlardan olmuşdur. Türkiyә-Yunanıstan müharibәsi (1897) başlayanda türk ordusunun tәrkibindә “Hilal Əhmәr” (“Qızıl Aypara”) heyәtindә Tesaliyaya (İtaliya) göndәrilmiş, sonra İstanbul Un-tinin hәrbi-tibb fakültәsindә prof. kömәkçisi (1900) vәzifәsinә tәyin edilmişdir. Bәdii vә elmi yaradıcılığa tәlәbәlik illәrindәn başlamışdır. Qeydlәrinә görә ilk dәfә “Ramazan bağçaları” mәcmuәsindә (1891, № 9) F.Bodenştedtin Ömәr Xәyyam haqqında әsәrini alman dilindәn türkcәyә çevirәrәk şairin bir neçә rübaisi ilә birlikdә “Ə.H.” kriptonimiilә dәrc etdirmişdir. 1902 ildә “İrtika” qәzetin dә vә “Mәlumat” mәcmuәsindә “Sәlyani” imzası ilә İ.V.Götenin “Faust” әsәrindәn parçalar, F.Şillerin, H.Heynenin vә b.-nın әsәrlәrinin türk dilindә tәrcümәlәri dәrc olunmuşdur. Tibbә dair “Sifilis”, “Vәba mikrobu” (1900, Mehmed Rәfi ilә birlikdә) әsәrlәrini yazmışdır. Türkiyәdә siyasi fәaliyyәtinә görә tәqib edilәn H. 1903 ildә gizli yolla Hindistana, oradan Çinә getmiş vә hәmin il Bakıya gәlmişdir. 1903–10 illәr onun hәyatında yeni bir mәrhәlәnin başlanğıcı olmuşdur. Rusiyada 1905–07 illәr inqilabından sonra genişlәnәn xalq hәrәkatı, mәzlum xalqların öz hüquqları uğrunda mübarizәyә qoşulması hәlә gәnc yaşlarından tәlәbә siyasi dәrnәklәrinin fәaliyyәtindә iştirak edәn H.-nin yaradıcılığının ictimai-siyasi mәzmununa güclü tәsir göstәrmiş, türk-müsәlman xalqlarının dirçәlişi, azadlığı vә hüquqları uğrunda mübarizә onun ictimai, әdәbi-publisistik vә elmi fәaliyyәtinin әsasını tәşkil etmişdir. Rusiyadan kәnarda tәhsil aldığı üçün Bakıda hәkimlik fәaliyyәtinә icazә verilmәdiyindәn “Kaspi” vә “Baku” qәzetlәrindә jurnalistlik fәaliyyәtinә başlamış, “Hәyat” (1905–06) qәzetinin, “Füyuzat” (1906–07) jurnalının vә “Kaspi” qәzetinin baş redaktoru (1907) olmuşdur. Jurnalistika ilә yanaşı ictimai-siyasi fәaliyyәtini dә genişlәndirәn H., 1905 ildә “Ümumrusiya müsәlmanlarının ehtiyaclarına dair” müraciәti qraf S.Y.Vitteyә tәqdim etmәk üçün Qafqaz müsәlmanlarının liderlәrindәn ibarәt 11 nәfәrlik heyәtin tәrkibindә (Ə.Topçubaşov, Ə.Ağayev, F.Vәzirov, A.Ə.Ziyadxanov vә b. ilә birlikdә) Sankt-Peterburqa getmişdir. H. eyni zamanda Rusiyanın müsәlman regionlarından gәlәn nümayәndәlәrin gizli yığıncağında, İttifaqi-müslimin” partiyasının yaradılmasında, Rusiya müsәlmanlarının 1-ci (15.8.1905) vә 2-ci (13–23.1. 1906) qurultaylarında, hәmçinin Bakıda Azәrb. müәllimlәrinin qurultaylarında (1906 vә 1907) iştirak etmiş, 2-ci qurultayda idarә heyәtinin sәdri olmuşdur. “Füyuzat” jurnalı bağlan dıqdan sonra “Sәadәt” mәktәbindә müәllim (1907) vә müdir (1908–10) işlәmişdir. Ü.Hacıbәylini mәktәbә işә qәbul edәn H. sonradan onun “Leyli vә Mәcnun” operasının ilk tamaşasının bәdii tәrtibatını vermişdir.
    Türkçülük ideyasını irәli sürәn H. onun turançılıq mәfkurә hәrәkatına çevrilmәsinә nail olmuş, elmi-nәzәri әsaslarını işlәyib hazırlamışdır. O, Z.Göyalp, Y.Akçura, İ.Qaspıralı vә b. ilә birlikdә türkçülüyün siyasi cәrәyan kimi yayılmasında vә inkişafında da böyük rol oynamışdır. H.-nin türk birliyi vә panturanizm haqqında ilk mәqalәsi “Ə. Turani” imzası ilә “Türk” (Qahirә, 1904) qәzetindә çıxmışdır. 1905 ildә “Hәyat” (№ 4, 9, 16, 22, 35, 52, 81, 82) qәzetindә dәrc edilәn “Türklәr kimdir vә kimlәrdәn ibarәtdir?” elmi-fәlsәfi-etno qrafik әsәrindә qoyduğu suala tarixi-ideoloji baxımdan bütün dövrlәr üçün әn dәqiq vә sistemli cavabı H. özü vermişdir. Çoxsaylı mәqalәlәrindә mәqsәd vә mәramını aydın şәrh edәn H. türk dilinin yayıldığı geniş әrazilәri, Turan hüdudlarını da göstәrirdi: “Tulәn Mancuriyadan vә Sibiriyanın әqsayi-şәrq şimalında cәrәyan edәn Lena nәhri sahilindәn başlayıb, Altay, Qaraqurum, Pamir, Hindiquş, Qafqaz, Krım dağlarından keçәrәk Balkan dağlarının müntәhayi-qәrbinә qәdәr, әrzәn Ural dağlarının müntәhayi-şimalından Afrikanın sәhrayi-Kәbirinә qәdәr olan yerlәrdә sakin bulunan әhalinin ismi-әzimi türk dili ilә mütәkәllim bulunurlar” (“Füyuzat” jurnalı, 1907, № 9).
    H. türk xalqlarının milli-mәnәvi birliyinә nail olmaq üçün ümumtürk әdәbi dilinin qaydalarının hazırlanmasını vә orta mәktәblәrdә, mәtbuatda işlәnmәsini zәruri hesab etmişdir. O, әdәbi dilin millәtin mövcudluğu vә yaşaması üçün mühüm şәrtlәrdәn biri olduğunu belә әsaslandırırdı: “Ədәbi dilә malik olamayan qövm müstәqil qövm surәtindә çox yazmaz. Ədәbi dili olmayan qövm yaşamaq vә dünya mәişәtini keçirmәk üçün özündәn mәdәniyyәtli, әdәbi dili olan bir qövmün dilini itxaz etmәyә mәcburdur”.
    2-ci Mәşrutәnin (1908) elanından sonra Gәnc türklәrin dәvәti ilә İstanbula qayıdan (1910) H. Türkiyәnin ictimai-siyasi vә mәdәni hәyatında yaxından iştirak etmiş, “Türk yurdu” (1911) dәrnәyinin qurucularından biri, “Türk ocağı” (1912) dәrnәyinin vә “İttihad vә tәrәqqi” partiyasının MK üzvü olmuşdur. “Xalqa doğru”, “Mәlumat”, “Hakimiyyәti-milliyyә”, “Tan” vә s. nәşrlәrdә әmәkdaşlıq etmişdir. H. “Rusiyada yaşayan müsәlman türk-tatarların hüquqlarını müdafiә komitәsi”ni (1912, İstanbul; “Akçura-Hüseynzadә komitәsi” kimi tanınır) yaradanlardan biri idi. Birinci dünya müharibәsi (1914–18) illәrindә “Turan” heyәti (1915) tәrkibindә bir sıra Qәrbi Avropa ölkәlәrinә gedәrәk türkçülük tәbliğatı aparmış, Rusiyadakı türk xalqlarının müstәqil dövlәt qurmaq istәklәrini bәyan etmişdir. Y.Akçura, Mәhәmmәd Əsәd Çәlәbizadә vә Mukimәddin Beycan ilә birlikdә Avropa dövlәtlәrinә tәqdim etmәk üçün hazırladıqları bәyannamәdә qoyulan mәsәlәlәr konkret faktlara söykәnirdi: “Rusiya mütәcanis bir kütlә deyildir. Orada türk-tatar qövmlәri sayca böyük bir toplama varır. 1879-cu il nüfuz sayımında ruslar türklәrin miqdarını az göstәrmәk üçün yapdıqları rәqәm işә
    rәğmәn bu nüfus 24 milyon olaraq görünür... Onlar çox geniş torpaqlarda bәzi lәhcә fәrqlәri ilә eyni dili qonuşmaq dadırlar...”.
    Türk xalqlarının milli özünüdәrk mәsәlәsini qaldıran H. “türklәşmәk, islamlaşmaq vә avropalaşmaq” çağırışı ilә türkçülüyün inkişaf strategiyasını müәyyәnlәşdirmiş, onun siyasi mәramnamәsini elan etmişdir. İdeoloji tәbliğatı o, redaktoru olduğu “Hәyat” qәzeti vә “Füyuzat” jurnalı, “İrşad”, “Tәrәqqi” vә “Hәqiqәt” qәzetlәrinә yazdığı mәqalәlәr vә “Siyasәti-fürusәt” adlı әdәbi-fәlsәfi әsәri vasitәsilә hәyata keçirmişdir. İttihadçılar H.-nin türk - çülük fәaliyyәtini şәrh edәrәk yazırdılar: “Hüseynzadәnin bütün әmәli Adriatik dәnizindәn Çinә qәdәr olan mәmlәkәtlәrdә bir türk birliyi hasilә gәtirmәkdir. Bu müqәddәs әmәlin baş tutması üçün әn әvvәl atılacaq addımın dil birliyi olduğunu dәrk edәn bu qeyrәtpәrvәr Rusiyadakı mәtbuat hürriyyәtindәn istifadә edib fikrini öz vәtәndaşlarına qәbul etdirmәk üçün qәzetindә heç bir fürsәti qaçırmır”.
    H. ötәn әsrin әvvәllәrindә azәrbaycançılıqla türkçülüyü әlaqәlәndirәrәk müstәqil dövlәtçilik ideyasını irәli sürmüş, konstitusiyalı vәtәndaş cәmiyyәtinin qurulmasında әhәmiyyәtli rol oynamışdır. Bu işdә müasir insan amilinә böyük әhәmiyyәt verәn H. “türk qanlı, müsәlman etiqadlı, firәng fikirli, Avropa qiyafәli fәdai” tәrbiyә edib yetişdirmәyi mühüm hesab etmiş, mәhz belә insanların türk xalqlarını zülmәtdәn qurtara bilәcәyini söylәmişdir. M.Ə.Rәsulzadә H.-nin bu düşüncәlәrini belә şәrh edirdi: “Mәdәni yaşayış üçün üç әsas lazımdır: milliyyәt, beynәlmilәliyyәt vә әsriyyәt. Milliyyәtin rükni ana dili, beynәlmilәliyyәtin әsası – din vә әsriyyәtin binası – әsrә hakim olan ülum vә fünun ilә mәhәllinә görә onun vasitәsi olan dillәrin öyrәnilmәsidir”.
    H.-yә görә, millәtin oyanışı vә tәrәqqisindә maarifin, tәhsilin, elm vә mәdәniyyәtin müstәsna rolu vardır. O, әdәbi-fәlsәfi mәqalәlәrindә dünya mәdәniyyәtinin tәbliği ilә yanaşı, onun nailiyyәtlәrindәn öyrәnmәk zәrurәtini vurğulayır, hәtta tәrcümә materiallarına bu baxımdan xüsusi hәssaslıqla yanaşırdı. Türk oxucusunu L.N.Tolstoy, U.Şekspir, C.Bayron, V.Hüqo, İ.Göte, İ.Fixte, G.Hegel, İ.Kant, H.Spenser, F.Nitşe, E.Dürkheym, C.S.Mill vә b. Avropa әdib vә filosoflarının әsәrlәrindәn, hәmçinin Firdövsinin “Şahnamәsi”ndәn etdiyi tәrcümәlәrlә ilk dәfә o tanış etmişdir. “Faust”dan türkcәyә әruz vәznindә tәrcümә etdiyi parçalar 1932 ildә İstanbulda “Hamid”mәtbәәsindә Götenin vәfatının 100 illiyi münasibәtilә nәşr olunmuşdur. Avropa әdәbi-nәzәri düşüncәsini mükәmmәl mәnimsәyәn H. haqqında Hilmi Ziya Ülken yazırdı: “İslam mәdәniyyәti Homeri, Vergilini tanımırdı. Bu da öz milli әdәbiyyatımızın zәifliklәrindәn biridir. ... Çünki Qәrb әdәbiyyatı vә plastik sәnәtinin kökü bu mifologiyadır. İran mifolojisinә gәlincә, o da çox üzdәn bilinirdi, әdәbiyyatımız onu işlәmәmişdir. İlk dәfә hәr iki qaynağa girmә ehtiyacını duyan Hüseynzadә Əli olmuşdur”. H.-yә görә, dünya mәdәniyyәtinin inkişafı Qәrb vә Şәrqin birbirini tamamlaması vә zәnginlәşdirmәsi zәminindә baş verә bilәr. Xalqların sәfalәtinin, әzilmәsinin birinci sәbәbi onların elmsiz vә әtalәtli olmalarıdır. İnsanlar tәbiәt vә cәmiyyәt hadisәlәrini, onun qanunlarını dәrk etmәdikcә, mәnәvi kamilliklә maddi inkişafın sәviyyәsi bir-birinә uyğun gәlmәdikcә insan oğlunun azad yaşayışı da qeyri-mümkündür. Tәrәqqinin mәqsәdi, qayәsi ümumi rifaha vә sәadәtә nail olmaqdır.
    H.-nin irәli sürdüyü vәtәndaş sülhü konsepsiyasının kökündә “vәtәnim yer kürәsi, millәtim insandır” anlamı durur, ölkәdә millәtlәrin, dinlәrin әdalәtli әsaslarla birliyi vә bәrabәrliyi ideyası dәstәklәnir, millәtlәrarası dialoqun zәruriliyi vurğulanırdı. Azәrb.-ın fikir tarixindә M.F.Axundzadәdәn sonra yeni mәrhәlәnin başlanğıcını qoymuş H. “füyuzatçılar” adlı әdәbi-fәlsәfi mәktәb yaratmışdı.
    H.-nin 20 әsrin 10-cu illәrindә milli dirçәliş uğrunda mübarizәnin şüarına çevrilmiş üçlü formulu milli-ideoloji әsaslara söykәnirdi. Y.Akçura “Ziya Göyalp haqqında xatirә vә mülahizәlәr” (1924) mәqalәsindә yazırdı: “Türklәşmәk, islamlaşmaq, müasirlәşmәk... türkçülәrin fәaliyyәtindә bir vәchә mahiyyәtini haiz olan bu üçlü ümdәnin әsl atası Hüseynzadә Əli bәydir”.
    1918 ildә Türkiyә hökumәtinin tapşırığı ilә Batumda Türkiyә ilә Azәrb. arasında “Dostluq vә әmәkdaşlıq” müqavilәsinin hazırlanmasında vә danışıqların aparılmasında Ə.Ağayevlә birlikdә iştirak etmiş, Gәncәdә dövlәt quruculuğu mәsәlәlәrini  Azәrb.-ın siyasi vә hökumәt rәhbәrlәri ilә müzakirә etmiş, Azәrb. nümayәndә heyәti ilә birlikdә İstanbulda “Mavәraә-Qafqaz” konfransında iştirak etmәk üçün Türkiyәyә qayıtmışdır. Bu sәfәrlә bağlı tәәssüratlarını әks etdirәn “Azәrbaycanda düşündüklәrim” adlı mәqalәsi “Hilali-Əhmәr” qәzetindә dәrc olunmuşdur. Bakıda keçirilәn 1-ci Beynәlxalq türkoloji qurultayda (1926) M.F.Köprülü ilә birlikdә iştirak edәn H. qurultayın fәxri rәyasәt heyәtinә üzv seçilmiş vә yekun iclasında çıxış etmişdir. H. qurultay günlәrindә Azәrb. Yazıçılar Cәmiyyәtinin fәxri üzvü (5 mart) seçilmişdi.
    1928 ildә Kamal Berksoyla birlikdә “Ensiklopedik tibb lüğәti”ni tәrtib etmiş, 1933 ildә “Siflomani vә frәngiyә dair bilgilәrimizin tarixindәn bir nәbzә” әsәri “Sihhat” almanaxında dәrc olunmuşdur. Üçüncü türkoloji qurultayda (1936), Dәri vә Zöhrәvi Xәstәliklәri Cәmiyyәtinin tәsis yığıncağında (1940) iştirak etmişdir.
    H. rәssam kimi dә tanınmış, boyakarlığın müxtәlif janrlarında işlәmiş, mәnzәrә, mәişәt sәhnәlәri vә portretlәr çәkmişdir. Mәşhur әsәrlәrindәn “Şeyxülislamın portreti” (1888), “Bibiheybәt mәscidinin görünüşü” tablosu (1905–06; hәr ikisi R.Mustafayev ad. Azәrb. Milli İncәsәnәt Muzeyindәdir) vә “Azәrbaycanlı ailәsi” әsәri hәyatiliyi vә bәdiiliyi ilә diqqәti cәlb edir. H.-nin digәr әsәrlәri Azәrb. İstiqlal Muzeyindә, İstanbul vә Parisdә şәxsi kolleksiyalarda, arxivi isә Ege Un-tinin әdәbiyyat fakültәsinin türk dili vә әdәbiyyat bölümünün arxivindә saxlanılır.
    2014 ildә Azәrb.-da H.-nin 150 illik yubileyi keçirilmişdir.
    Ə s ә r l ә r i: Qәrbin iki dastanında türk. B., 1926; Siyasәti-fürusәt. B., 1994; Qırmızı qaranlıqlar içindә yaşıl işıqlar. B., 1996; Türklәr kimdir vә kimlәrdәn ibarәtdir? B., 1997; Seçilmiş әsәrlәri. B., 2007.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 