HÜSEYNZADƏ Gülnar Cabbar qızı (d.13.5.1953, Bakı) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (2005), prof. (2014). M.A.Topçubaşovun nәvәsidir. Azәrb. Pedaqoji Xarici Dillәr İn-tunu (indiki ADU) bitirmişdir (1974). 1980–91 illәrdә ADU-da müәllim, 1991 ildәn baş müәllim işlәmiş, 1995 ildәn kafedra müdiridir. Tәdqiqatları xarici dillәrin tәdrisi metodikasının öyrәnilmәsinә hәsr olunmuşdur. 70-dәn artıq elmi әsәrin, o cümlәdәn bir neçә dәrsliyin müәllifidir.










