HÜSEYNZADƏ Lәtif Talıb oğlu (25.4.1903, Naxçıvan ş. – 11.7.2008, Bakı) –Azәrb. pedaqoqu, әdәbiyyatşünas. Azәrb. SSR әmәkdar müәllimi (1943). R.L.Hüseynzadәnin atasıdır. Azәrb. Dövlәt Un-tini bitirmişdir (1930). Hәmin ildәn pedaqoji fәaliyyәtә başlamışdır. Nax. Pedaqoji Texniku munda müәllim, dәrs hissә müdiri (1936–40), Nax. Müәllimlәr İn-tunda müәllim, kafedra müdiri, dosent, direktor (1940–54), Azәrb. Elmi Tәdqiqat Pedaqogika İn-tunda şöbә müdiri (1954–57), İrәvan Dövlәt Pedaqoji İn-tunda (1957–68) vә Azәrb. Pedaqoji Xarici Dillәr İn-tunda (1968–76) dosent vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları orta әsrlәr Azәrb. әdәbiyyatına hәsr olunmuşdur; qәdim әlyazmaları, tarixi sәnәdlәri, o cümlәdәn “Hәqiqi” tәxәllüsü ilә şeirlәr yazan Cahanşahın divanını aşkara çıxarıb nәşr etdirmişdir. 100-dәn çox elmi әsәrin vә 10 kitabın müәllifidir.










