HÜSEYNZADƏ Mәhәmmәdәli (1760, Salyan – 1852, Tiflis) – Azәrb. ilahiyyatçısı, din xadimi. Əhmәd Hüseynzadәnin әmisidir. İbtidai tәhsilini Salyan vә Gәncәdә almış, 1790 ildә İraqa getmiş, Bağdad Un-tini bitirmişdir. Tәhsilini tamamladıqdan sonra 1802 ildә Tiflisә gәlәrәk Şah Abbas mәscidinin baş axundu olmuşdur. Uzun müddәt bu vәzifәdә çalışmaqla böyük nüfuz qazanan H. 1823 ildә Qafqazın ilk şeyxülislamı tәyin edilmişdir. H. Rusiyanın Azәrb.-da apardığı siyasәtә qarşı din xadimlәrinin iştirakı ilә qalxmış üsyanı dәstәklәmiş, Qafqaz canişini knyaz Baryatınskinin üsyanla bağlı göstәrişlәrinә etiraz etmişdir. H.-nin barәsindә çar hökumәtinә mәlumat verilsә dә, onun etirazları nәzәrә alınmışdır. Belә ki, çar I Nikolay 1846 il 6 dekabr tarixli fәrmanı ilә Azәrb. bәylәrinin torpaq üzәrindә irsi mülkiyyәt hüququnu tanımış vә mülkiyyәt bölgüsü mәsәlәlәrinin Rusiya qanunları ilә yanaşı, şәriәt әsasında da hәll edilmәsinә icazә vermişdir. Nәticәdә şәriәt mәhkәmәlәrinin rolu genişlәnmiş vә şeyxülislamın tәsir imkanı artmışdır. 1834 ildә müsadirә edilmiş İmamzadә mәscidinin torpaq sahәsi 1844 ildә H.-nin sәyi ilә geri qaytarılmışdır. H. 1846 ildә istefa vermişdir. Tiflis müsәlman qәbiristanında dәfn edilmişdir.
H. “Ağızdan-ağıza keçmiş hәdislәr”, “İslamın möcüzәlәri”, “Qiyamәtdә ölülәrin dirilmәsi”, “Qәlb qidası” vә s. әsәrlәrin müәllifidir. O, eyni zamanda tәrcümәçiliklә dә mәşğul olmuşdur. “Ruslar üçün islama dair sorğu kitabı” dövrün qiymәtli әsәrlәrindәndir.
Əd.: N u r u l l a y e v F. Şeyxülislamlıq zirvәsi: Hacı Allahşükür Paşazadә. B., 2014.










