HÜSÜLÜ – Azәrb. Resp. Ağcabәdi r-nunda kәnd. Hüsülü ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 16 km q.-dә, Qarabağ düzündәdir. Əh. 4871 (2020); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, musiqi mәktәbi, uşaq bağçası, sәnәtkarlıq evi, poçt, tibb mәntәqәsi, ATS; arxeoloji abidәlәrdәn antik dövrә aid yaşayış yeri, Eneolit – Tunc dövrünә aid Hüsülü tәpәlәri var.










