HǗYGENS – FRENÉL PRİNSİPİ – dalğaların yayılma mexanizmini tәsvir vә izah edәn dalğa nәzәriyyәsinin әsas postulatı. H.-F.p. 1678 ildә X. Hüygens tәrәfindәn irәli sürülmüş prinsipin tәkmillәş dirilmiş formasıdır. Hüygensә görә L mәnbәyindәn yayılan vә t anında S(t) sәthinә çatan işıq dalğasının hәr bir nöqtәsi elementar sferik dalğaları ikinci (yәni, y e n i) mәnbәyinә çevrilir; t+Δt anında bu elementar yarımsferik dalğaların S(t+Δt) qurşayanı yeni әmәlә gәlәn dalğa sәthini tәyin edir (şәkil). Bu dalğa cәbhәsinә görә işığın yayılma istiqamәtini (dalğa cәbhәsinә perpendikulyar olan istiqamәt) müәyyәn etmәk olar. Hüygens prinsipi hәndәsi optika çәrçivәsindә dalğaların yayılmasını yaxşı izah etsә dә, işığın difraksiyası hadisәsini izah edә bilmir.
1815 ildә O.J.Frenel birinci (ilkin) dalğanın çatdığı sәthin hәr bir nöqtәsinin şüalandırdığı ikinci elementar dalğaların koherentliyi vә interferensiyası haqqında müddәaları Hüygens prinsipinә әlavә etmәklә difraksiya hadisәlәrini dә izah edә bildi. Sonralar Q.R.Kirxhof H.–F.p.-nin ciddi riyazi ifadәsini aldı.
H.–F.p.-nin kömәyilә müxtәlif istiqamәtlәrdә (işığın düzxәtli yayılması, qayıtması, sınması, qoşasınması, difraksiyası vә s.) yayılan işığın intensivliyinin paylanmasına aid bütün optik hadisәlәri izah etmәk mümkündür.











