HVANHE-PUKTO (Şimali Hvanhe) – KXDR-in c.-unda әyalәt. Sah. 9,2 min km2. Əh. 1,8 mln. (2009). İnz. m. Sarivon ş.-dir. Mühüm sәnaye, o cümlәdәn qara metallurgiya mәrkәzidir (Sonnim ş.). Filiz hasilatı, qara vә әlvan metallurgiya müәssisәlәri, qeyri-filiz faydalı qazıntılarının (әsasәn, maqnezit vә barit) tәdarükü (Keson ş.) inkişaf etmişdir.

Zәngin qızıl, volfram filizi yataqları var. Ağac tәdarükü texnikası (Sarivon ş.), kimya sәnayesi (kaliumlu gübrә; Sarivon ş.), keramika (Keson ş.) istehsalı müәssisәlәri, toxuculuq (tikiş vә trikotaj malları, Sarivon ş.) vә suvenir f-ki fәaliyyәt göstәrir.
K.t.-na yararlı torpaqların ümumi sah. tәqr. 210 min ha tәşkil edir, çәltik, tütün, jenşen (Keson ş.) becәrilir.
D.y. vә avtomobil yolları şәbәkәsi var.
Hvanhe-Pukto. Sarivon şәhәrindәn görünüş.










