HYÚBEL Devid Hanter (27.2.1926, Kanada, Ontario әyalәti, Uinsor – 22.9.2013, ABŞ, Massaçusets ştatı, Linkoln) – Kanada vә Amerika neyrofizioloqu. ABŞ Milli EA-nın üzvü (1971), Nobel mükafatı laureatı (1981, T.N.Vizel ilә birlikdә). Makgill Un-tini (Monreal, 1947) vә hәmin un- tin nәzdindәki tibb mәktәbini bitirmişdir. 1954 ildәn ABŞ-da, Cons Hopkins Un-tindә (Baltimor), 1955–58 illәrdә U.Rid Tәdqiqatlar İn-tunda (Vaşinqton), Cons Hopkins hospitalı (Baltimor) nәzdindәki Vilmer göz in-tunda, 1959 ildәn Harvard tibb mәktәbindә (Boston, 1967 ildә neyrobiologiya şöbәsinin müdiri, 1965 ildәn prof.) işlәmişdir.
Tәdqiqatları, әsasәn, görmә neyrofiziologiyası sahәsindәdir. T.N.Vizel ilә birlikdә görmә siqnallarının qәbul olunduğu baş beynin neyron strukturlarında informasiyanın emalı prinsiplәrini kәşf etmişdir. Sübuta yetirmişdirli, tor qişadan daxil olan informasiyanı deşifrlәmәk qabiliyyәti doğulduqdan dәrhal sonra inkişaf edir. H.-in tәdqiqatları kliniki oftalmologiyanın inkişafında mühüm rol oynamışdır.

Ə s ә r i: Глаз, мозг, зрение. М., Мир, 2003.










