Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HYUZ (Hughes) Lenqston
    HYUZ (Hughes) Lenqston (1.2.1902, Missuri ştatı, Coplin – 22.5.1967, Nyu-York) – Amerika yazıçısı, publisist, ictimai xadim. Kasıb zәnci ailәsindә doğulmuşdur. H.-a ilk әdәbi uğuru “Zәnci çaylar haqqında danışır” (1921) şeiri gәtirmişdir. Kolumbiya Untindә (1921–22) oxumuş, lakin tәhsilini yarımçıq qoymaq mәcburiyyәtindә qalmışdır; müxtәlif sahәlәrdә çalışmış, әdәbi yaradıcılıqla da mәşğul olmuşdur. 1929 ildә Linkoln Un-tini (Pensilvaniya ştatı) bitirmişdir. H. yaradıcılığı Harlem renessansı istiqamәtindәdir. Zәnci folklorunun әnәnәvi poetik vә musiqi formaları onun poeziyasının әsasını tәşkil edir. 1920-ci illәrin sonlarından siyasi fәaliyyәtә başlamış, bu da onun “Salam, inqilab” (1932) poemasında öz әksini tapmışdır. İrqi ayrı-seçkiliyi, sosial bәrabәrsizliyi tәnqid edәn, müasir zәnci mәdәniyyәtinә qiymәt verәn publisistik mәqalәlәr yazmışdır. 1937 ildә İspaniyada müxbir işlәmişdir. 1940–60-cı illәrdә zәnci әhalinin hüquqları uğrunda hәrәkatın fәal iştirakçısı olmuş, zәnci nәşrlәrindә redaktor işlәmişdir. Afrika ölkәlәrinә sәyahәt etmişdir. “Bir tәrәfli gediş bileti” (1949), “Seçilmiş şeirlәr” (1959), “Bәbir vә qamçı” (1967) topluları yetkin yaradıcılıq nümunәlәrindәn ibarәtdir. Avtobioqrafik “Göz yaşları içindә gülüş” (1930) romanının, “Ağların adәtlәri” (1934) hekayәlәr toplusunun müәllifidir. Pyeslәri, operaları, uşaqlar üçün kitabları, afroamerikan tarixinә dair oçerklәri, ispandilli poeziyadan tәrcümәlәri var. Afroamerikan folkloru vә әdәbiyyatı antologiyasını vә s. tәrtib etmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 