XABÁROV (bir sıra sәnәdlәrdә Svyatitski) Yerofey Pavloviç [1600-cü illәr, Ustyujsk (Velikoustyujsk) qәzasının Svyatitsa k. – 1670 ilin yayı, İlimsk qәzasının Xabarov k. (hazırda Kirensk ş.-nin kәnarında)] – rus sәyyahı. 1620–30 illәrdә Qәrbi Sibirin şm.-ına vә Taymır y-a-na, 1632–41 illәrdә Lena çayı hövzәsinә sәyahәt etmiş, Kuta vә Kirenqa çaylarının mәnsәbindә şumlama әkinçiliyinin әsasını qoymuş, duzxana yaratmış (1639), Xabarovka k.-nin әsasını qoymuşdur (1641). 1649–53 illәrdә Amur çayı hövzәsinin tәdqiqi ilә mәşğul olmuşdur; Amur çayının xәritәsini çәkmişdir. Xabarovsk ş., Transsibir magistralında Yerofey Pavloviç qәs. vә d.y. st. X.-un şәrәfinә adlandırılmışdır.










