Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XABÁROVSK – RF-dә şәhәr
    XABÁROVSK – RF-dә şәhәr, Xabarovsk diyarının vә Uzaq Şәrq federal dairәsinin mәrkәzi. Əh. 611,2 min (2016). Amur çayı sahilindәdir. Mühüm nәql. qovşağı. Çay portu. Transsibir magistralında d.y. st. Beynәlxalq aeroport.
    Əsası Rusiya ilә Çin arasında Ayqun müqavilәsinin (1858) imzalanmasından sonra Rusiyanın Xabarovka hәrbi postu (Y.P.Xabarovun şәrәfinә adlandırılmışdır) kimi qoyulmuşdur. Mәskәn әlverişli coğrafi mövqeyi sayәsindә sürәtlә inkişaf etmişdir. 1872 ildә çay portu açılmışdır. 1880 ildәn Xabarovka şәhәri olmuşdur. 1880–88 illәrdә Primorye vil.-nin, 1884–1917 illәrdә Amur boyu gen.-qubernatorluğunun inz. mәzkәzi idi. 1893 ildәn indiki adını almışdır. 1917 il dekabrın 19-da şәhәrdә sovet hakimiyyәti qurulmuşdur. 1920–23 illәrdә Amurboyu vil.-nin (1922 ildәn Amurboyu quberniyasının), 1926–38 illәrdә Uzaq Şәrq diyarının, 1938–39 illәrdә Xabarovsk diyarının inz. mәrkәzi olmuşdur. 1930 ildә müstәqil inzibati tәsәrrüfat vahidi kimi müәyyәnlәşdirilmişdir.
    Şәhәr Amur çayı vә onun qolu boyunca 35 km-dәn çox uzanmışdır. Şәhәrin mәrkәzi hissәsinin tikililәri Amur çayına perpendikulyar olan әsas küçәlәri vә 2 bulvarı ilә (Amur vә Ussuri) 1864 il müntәzәm planına әsasәn inşa edilmişdir. Buradakı “Utyos” xilasedici stansiyasının binası (1943), qraf N.N.Muravyov-Amurskinin heykәli (1888–1891, heykәltәraş A.M.Onekuşin; 1925 ildә dağıdılmış, 1992 ildә bәrpa edilmişdir), “İnturist” mehmanxanası (1970–77), Amur gәmiçiliyi binası (1933–34, 1955), Muravyov-Amurski ad. park, çimәrlik, Uspeniye kilsәsi (2000–02), Radio evi (1969–91), yeni yaşayış komplekslәri şәhәrin panoramını müәyyәnlәşdirir.
    Muravyov-Amurski küçәsindә Xlebnikovların (1891, 1912–13), Pyankovların (1900) vә Plüsninlәrin (1900–02, memar Y.Z. Kol maçevski; hazırda Uzaq Şәrq elmi kitabxanası) ticarәt evlәri, modern üslubunda Şәhәr dumasının binası (1907–09, memarlar P.V.Bartoşeviç, B.A.Malinovski), Uzaq Şәrq bankının binası (1927–28) vә s. yerlәşir. X.-da hәmçinin kilsәlәr (18–19 әsrlәr), Dövlәt bankının binası (1904–07, memarlar N.F.Aleksandrov, L.O.Çaykovski; hazırda Hәrbi-tarix muzeyidir), P.F.Paxorukovun (1911–12), D.P.Stupinin (1912; hazırda Nikah sarayıdır) evlәri vә s. saxlanılmışdır.
    Xabarovsk şәhәrindәn görünüş.
    1970–2000-ci illәrin tikililәri: musiqili teatrın binası (1977), kilsәlәr (1999–2007; 2003–08), sinaqoq (2004), dini seminariya (2005–06) vә s. Vәtәndaş müharibәsi (1917–22) qәhrәmanlarına (1956, heykәltәraş A.P.Faydış-Krandiyevski), Y.P.Xabarova (1958, heykәltәraş A.P.Milçin), Y.V.Dyaçenkoya (2008) vә b.-na abidәlәr qoyulmuşdur.
    Elmi müәssisәlәrdәn REA-nın Uzaq Şәrq bölmәsinin Xabarovsk Elmi Mәrkәzi [tәrkibindә 8 akademik müәssisә, o cümlәdәn Su vә ekologiya problemlәri in-tu (1968; 1988 ildәn indiki adı ilә), Tektonika vә geofizika in-tu (1971), Mәdәn işlәri intu (1983)] vә s., dövlәt ali tәhsil müәssisәlәrindәn Uzaq Şәrq tibb un-ti (1929; 1996 ildәn indiki statusu ilә), Sakit okean un-ti (1958), Uzaq Şәrq bәdәn tәrbiyәsi akademiyası (1967), İqtisad vә hüquq un-ti (1970; 2015 ildәn indiki statusu ilә) vә s.; X. dini seminariyası (2005), Uzaq Şәrq dövlәt elmi kitabxanası (1894; 1994 ildәn indiki adı ilә), diyar uşaq kitabxanası (1962) vә s.; diyar (1894), Uzaq Şәrq rәssamlıq (1931), arxeologiya (1998), şәhәr tarixi (2004) vә s. muzeylәr var.
    Musiqili (1926; 2008 ildәn indiki adı ilә), gәnc tamaşaçılar (1944), dram (1946), “Triada” pantomima (1975 ildәn hәvәskar studiya, 1993 ildәn bәlәdiyyә teatrı), azad (1996, multijanrlı), kukla (1997) vә s. teatrlar; filarmoniya (1938; tәrkibindә Uzaq Şәrq akademik simfonik orkestri, 1961; “Serenada” kamera orkestri, 1967; “Qloriya” kamera musiqisi orkestri, 1992; Rus xalq orkestri, 2010; “Uzaq Şәrq” dövlәt konsert ansamblı, 1978; “Gelikon” filarmonik teatrı, 2000; filarmoniya tarixi muzeyi, 2013 ildә açılmışdır vә s. fәaliyyәt göstәrir. Y.A.Başmetin rәhbәrliyi altında beynәlxalq klassik musiqi festivalı (2011 ildәn, hәr il), “Renessans” Uzaq Şәrq orqan musiqisi festivalı (2007 ildәn) keçirilir.
    Rusiya Uzaq Şәrqinin әsas işgüzar mәrkәzlәrindәn biridir. Şәhәrdә Rusiyanın әn iri maliyyә tәşkilatlarının (Sberbank, Rosqos strax vә s.) ofislәri, regional bankların mәnzil-qәrargahları, meşә sәnayesi, nәql. vә hasilat şirkәtlәrinin ofislәri yerlәşir. Uzaq Şәrq beynәlxalq iqtisadi forumu burada keçirilir (2006–09, 2011).
    Sәnayenin aparıcı sahәlәri: neft emalı, maşınqayırma, tikinti sәnayesi, tikinti materialları istehsalı, kimya vә tamlı mәhsullar. Əsas müәssisәlәr: gәmiqayırma, 12-ci aviasiya tәmiri, radiotexnika, Amur kabel; “Dalximfarm” vә s. z-dlar. Bazalt lifindәn istilik izolyasiya materialları, dәmir-beton şpal, avtoklav qaz-betonu (“Qazobeton – DV”), tikinti alüminium konstruktursiyaları vә s. istehsal olunur. 3 İES (ümumi elektrik gücü 1100 MVt-dan çoxdur) fәaliyyәt göstәrir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 