Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XABÁROVSK DİYARI
    XABÁROVSK DİYARI – RF-nin subyekti. Uzaq Şәrq federal dairәsinin tәrkibindәdir. Sah. 787,6 min km2. Əh. 1,3 mln. (2016). İnz. m. Xabarovsk ş.-dir. 17 r-nu, 7 şәhәri, 18 ştq. var.
    Dövlәt hakimiyyәti orqanları. Diyarın dövlәt hakimiyyәti orqanları sistemi Rfnin Konstitusiyası vә Xabarovsk diyarının Nizamnamәsi (1995) ilә müәyyәnlәşir. Dövlәt hakimiyyәtinin qanunverici (nümayәndәli) orqanı Xabarovsk diyarının Qanunverici dumasıdır. Duma 5 il müddәtinә seçilәn 36 deputatdan ibarәtdir. 18 deputat birmandatlı seçki dairәlәri üzrә, 18 deputat isә diyarın bütün әrazisindә yaradılmış vahid seçki dairәsi üzrә seçki birliklәri tәrәfindәn seçkilәr haqqında qanunvericiliyә uyğun irәli sürülmüş namizәdlәrin siyahılarına verilmiş sәslәrә proporsional olaraq seçilir. Peşәkar vә daimi әsasda işlәyәn deputatların sayı diyar qanun vericiliyi ilә müәyyәnlәşdirilir. Qubernator diyarın әn yüksәk vәzifәli şәxsidir vә dövlәt hakimiyyәtinin ali icraedici orqanı olan diyar hökumәtinә başçılıq edir. O, X.d. әrazisindә yaşayan vә aktiv seçki hüququna malik olan RF vәtәndaşları tәrәfindәn ümumi bәrabәr vә birbaşa seçki hüququ әsasında gizli sәsvermә ilә 5 il müddәtinә seçilir. Seçkilәrin qaydası vә namizәdlәrә tәlәblәr federal qanunla müәyyәnlәşdirilir (2012). Qubernator diyarın dövlәt hakimiyyәtinin ali icraedici orqanı olan hökumәti formalaşdırır, onun fәaliyyәtinә rәhbәrlik vә istefası haqqında qәrar qәbul edir, diyarın dövlәt hakimiyyәtinin icraedici orqanları strukturunu müәyyәnlәşdirir; federal vә diyar qanunları ilә müәyyәnlәşdirilmiş digәr sәlahiyyәtlәri hәyata keçirir.
    Tәbiәt. Ərazisinin tәqr. 80%-i dağlıqdır (Sixote-Alin, Cuqcur d-rı vә s.). Maks. hünd. 2934 m-dir (Suntar-Xayata silsilәsindә Berill d.). Ən böyük ovalıqlar Amur çayı boyundadır. X.d.-nın әrazisi Ural-Oxot vә Qәrbi Sakit okean mütәhәrrik qurşaqlarının qovuşuğunda yerlәşir. Əlvan vә qiymәtli metal filiz, qızılın yüzlәrlә köklü vә sәpinti yataqları, platin, qalay, daş kömür, alunit, hәmçinin dәmir, manqan, polimetal, civә, beril vә s. yataqları da var. Quruda vә Oxot dәnizi şelfindә neft-qazlılıq perspektivliyi tәsdiq edilmişdir. Musson iqlimi var. Qışı sәrt vә az qarlı, yayı isti vә rütubәtlidir. Orta temp-r yanvarda –18-dәn–30°C-yәdәk, iyulda 12–21°C-dir. İllik yağıntı 400 mm-dәn (şm.-da) 1000 mm-ә (Sixote-Alin d-rının ş. yamacları) qәdәrdir; çoxu yayda düşür. Çayları, әsasәn, Amur (әrazidә uz. 1540 km) hövzәsinә aidir. Çoxlu göl (Bolon, Evoron, Çukçagir, Oryol, Böyük Kizi, Udıl vә s.) var.
    Çimli podzol, düzәnliklәrdә çәmәn-bataqlıq vә bataqlıq, c. rayonlarında qonurmeşә vә s. torpaqlar yayılmışdır. Meşәlәr (әsasәn, iynәyarpaqlı) diyar әrazisinin tәqr. 70%-ni tәşkil edir. Heyvanlardan sığın, şimal maralı, qonur ayı, vaşaq, dәlә, sincab vә s., tetra quşu, qırqovul, çoxlu balıq (o cümlәdәn nәrә balığı vә qızılbalıq) var. Mühafizә olunan sahәlәr diyar әrazisinin 7,9%-ni tәşkil edir: 6 qoruq, 2 milli park, 5 dövlәt tәbiәt yasaqlığı, 21 regional yasaqlıq, 69 tәbiәt abidәsi, 4 ekoloji dәhliz, 1 dendropark, 2 tәbiәt parkı vә s.
     
    Xabarovsk diyarı. Bolon gölü.
    Əhali. Diyar әhalisinin 91,8%-ini ruslar tәşkil edir; 2,1%-i ukraynalılar, 0,8%-i nanaylar, 0,6%-i koreyalılar, 0,6%-i tatarlar, 0,4%-i belaruslar, 0,3%-i çinlilәr, 0,3%-i evenklәr, 0,2%-i nivxilәr, 0,2%-i ulçilәr, 0,1%-i evenlәr vә digәr azsaylı (1,8%) yerli Şimal xalqlarıdır. Əhalinin orta sıxlığı km2-dә 1,7 nәfәrdir. Şәhәr әhalisi 82,0% tәşkil edir. İri şәhәrlәri: Xabarovsk, Komsomolsk-Amur, Amursk.
    Tarix. Aşağı Amur hövzәsindә insan fәaliyyәtinin әn qәdim izlәri (15,6 –14,1 min il bundan әvvәl) daş emalının lövhәşәkilli vә mikrolövhәşәkilli texnikası ilә müşahidә edilәn abidәlәrlә tәmsil olunur. 15–10 min il bundan әvvәl Osipovka, sonra Mariinskoye, daha sonra Malışevo, Kondon, Voznesenovskoye, Belkaçi mәdәniyyәtlәri yayılmışdı. Qәdim petroqliflәr (Sakaçi Alan vә Şeremetyevo k. yaxınlığında) Neolit dövrünә, az tәdqiq olunmuş Evoron mәdәniyyәti vә keramikanın Koppi tipi Tunc dövrünә (e.ә.  2-ci minilliyin ikinci yarısı – e.ә. 1-ci minilliyin әvvәllәri), Uril vә onu әvәz edәn Poltse mәdәniyyәtlәri isә, әsasәn, Erkәn Dәmir dövrünә aid edilir. E.ә. 1-ci minillik – eramızın 1-ci minilliyindә Amur çayının aşağı axarları, Oxot dәnizinin qәrb sahillәri Oxot mәdәniyyәti vә onunla әlaqәli olan әnәnәlәr bölgәsinә daxil idi.
    Eramızın 1-ci miniliyinin ortalarında regionda Moxe mәdәniyyәti yayılır: X.d.- nın c-q. әrazilәri 9–10 әsrin әvvәllәrindә Boxay dövlәtinin periferiyası idi. Çjurçjenlәrin etnogenezi dә moxelәrlә әlaqәlidir. Aşağı Amur vadisinin böyük hissәsi vә X.d.-nın bәzi digәr әrazilәri onların imperiyasına (1115 ildәn) daxil idi. 1234 ildә bu imperiyanın monqollar tәrәfindәn işğalından sonra әhalinin әsas hissәsi Amurboyudan çıxarıldı; regiona dәfәlәrlә Yuan, sonra isә Min sülalәlәrinin hәrbi dәstәlәri göndәrildi. Amurun Tır qayasında yerlәşәn buddist mәbәdi, o cümlәdәn Çin, monqol, çjurçjen dillәrindә kitabәlәri olan iki stela (1413 vә 1434 illәrdә qoyulmuşdur) bu yürüşlәrlә әlaqәlidir.
    İndiki X.d. әrazisinin ruslar tәrәfindәn mәnimsәnilmәsi 17 әsrin birinci yarısında başlamışdır. Amur boyunca irәlilәyәn rus kazakları yerli әhalinin yalnız kiçik qrupları ilә rastlaşmış, onları düçer vә natka adlandırmışlar. Rus müstәmlәkәçiliyinin fәallaşması mancurların inadlı müqavimәti ilә üzlәşirdi. Bununla belә, 1680-ci illәrin әvvәllәrindә Tatar boğazından başlayaraq Amur çayının bütün solsahili Rusiya dövlәtinin nәzarәtinә keçdi. Regionun mәnimsәnilmәsini rus-Çin münaqişәsi dayandırdı. Uzunsürәn hәrbi әmәliyyatlardan vә Rusiya-Çin danışıqlarından sonra Nerçin müqavilәsi (1689) imzalandı. Müqavilәyә әsasәn rus tәbәәlәri Amur çayının sol sahilini tәrk etmәyә mәcbur oldular. 18 әsrdә Sakit okean sahilindәki әsas rus portu 1708–64 il lәrdә Sibir, 1764 ildәn isә İrkutsk qub.-na daxil olan Oxotsk ş. idi. 1731 ildә Oxot idarәçiliyi yaradıldı. 1849 ildә Oxot dәnizkәnarı idarәsi Yakutiya vil.-nin Oxot dairәsinә çevrildi. 19 әsrin ortalarında regionda ruslar, gilәklәr (nivxilәr), tunqus-mancur xalqlarının nümayәndәlәri olan qoldlar (nanaylar), ulçalar, oroçilәr vә b. yaşayırdılar. Regionun mәnimsәnilmәsinin yeni mәrhәlәsi Ayqun müqavilәsi (1858) vә Tyanszin traktatına (1858) әsasәn Amur çayının sol sahilinin Rusiyaya birlәşdirilmәsinә gәtirib çıxaran Amur ekspedisiyası (1849–55) ilә әlaqәdardır. 1856–1926 illәrdә region Primorye vil.-nә (1922 ildәn Primor ye qub.), 1920–23 illәrdә indiki X.d.-nın c. hissәsi Amurboyu vil.-nә (Amur boyu qub.), 1926–38 illәrdә isә indiki X.d. Uzaq Şәrq diyarına daxil idi.
    1938 ildә Uzaq Şәrq diyarının bölünmәsi nәticәsindә X.d. yaradıldı. 2000 ildәn X.d. Uzaq Şәrq federal dairәsinin tәrkibindәdir. 2008 il dә Xabarovsk әrazisindә RF ilә Çin arasında sәrhәd xәttinin demarka siyası başa çatdı.
    Xabarovsk diyarı. Sixote-Alin dağları.
    Tәsәrrüfat. X.d. Uzaq Şәrq iqtisadi rayonuna daxildir. Sәnaye mәhsullarının hәcmi, k.t. mәhsullarının hәcmindәn 13 dәfә artıqdır (2014). Ölkәnin qalay hasilatının 100%-i, neft emalının tәqr. 3%-i, emal olunmamış oduncağın tәqr. 5%-i (RF-dә 8-ci yer) diyarın payına düşür.
    İqtisadi fәaliyyәt növlәri üzrә ÜRM-in strukturu (%, 2013): nәql. vә rabitә 21,2, topdan vә pәrakәndә satış, müxtәlif mәişәt xidmәtlәri 14,0, dövlәt idarәçiliyi vә hәrbi tәhlükәsizliyin tәminatı, icbari sosial tәminat 10,8, daşınmaz әmlak әmәliyyatları, icarә vә xidmәtlәr 8,6, emaledici istehsal 7,8, tikinti 6,9, sәhiyyә vә sosial xidmәtlәr 6,0, faydalı qazıntıların hasilatı 5,7, tәhsil 5,2, su, qaz, elektrik enerjisinin istehsalı vә bölüşdürülmәsi 4,9, kәnd vә meşә tәsәrrüfatı 4,4, digәr fәaliyyәt növlәri 4,5.
    İqtisadi fәal әhali 745,0 min nәfәrdir, onların tәqr. 94%-i iqtisadiyyatda çalışır. İqtisadi fәaliyyәt növlәrinә görә әhalinin mәşğulluq strukturu (%, 2014): topdan vә pәrakәndә satış, müxtәlif mәişәt xidmәtlәri 19,1, nәql. vә rabitә 10,7, emaledici istehsal 10,3, tikinti 9,1, daşınmaz әmlak әmәliyyatları 9,1, tәhsil 7,8, sәhiyyә vә sosial xidmәtlәr 6,9, kәnd vә meşә tәsәrrüfatı, balıqçılıq, balıqyetişdirmә 5,5, digәr kommunal, sosial, vә fәrdi xidmәtlәr 4,1, elektrik enerjisinin, qazın vә suyun istehsalı vә bölüşdürülmәsi 3,6, digәr fәaliyyәt növlәri 13,8. İşsizlik sәviyyәsi 5,9%. Əhalinin 13,2%-inin gәliri yaşayış minimumu sәviyyәsindәn aşağıdır.
    S ә n a y e. Sәnaye mәhsullarının hәcmi 4,54 mlrd. dollardır (2014); onun 60,8% emaledici istehsalın, 20,2% – elektrik enerjisi, qaz vә suyun istehsalı vә bölüşdürülmәsi, 19,0% – faydalı qazıntı hasilatının payına düşür. Emaledici istehsalın sahә strukturu (%): maşınqayırma 37,1, neft mәhsulları istehsalı vә kimya istehsalı 25,1, tamlı mәhsullar sәnayesi 14,7, metallurgiya 12,2, ağac emalı, sellüloz-kağız vә poliqrafiya sәnayesi 4,1, tikinti materialları istehsalı 3,7, digәr sahәlәr 3,1.
    Elektrik enerjisi istehsalı 8,7 mlrd. kVtsaatdır (2014; elektrik enerjisi ilә hәmçinin Yәhudi Muxtar vil. tәmin edilir), әsasәn İES, yerli bәlәdiyyә elektrik stansiyalarında vә tәcrid olunmuş enerji rayonu qazanxanalarında istehsal olunur. tәqr. Əhalinin 95%-inin yaşadığı X.d. әrazisi mәrkәzlәşdirilmiş elektrik tәminatı ilә әhatә edilmişdir.
    Ən iri meşә sәnayesi şirkәtlәri oduncaqtәdarükü, taxta-şalban, oduncaq-lif plitәlәri vә s. istehsalı (әsasәn, ixracyönlü) üzrә bir sıra müәssisәlәri birlәşdirir. Əsas mәrkәzlәr: Xabarovsk, Komsomolsk-Amur, Amursk, Vanino, vә s.
    Tamlı mәhsullar sәnayesindә balıq vә dәniz (әsasәn, Sakit okean qızılbalığı, nәrә, durnabalığı, sazan, alabalıq, siyәnәk, kambala, paltus, treska, koryuşka, krab) mәhsullarının vәtәgәsi vә emalı mühüm yer tutur. Aparıcı müәssisәlәr balıqçı artellәridir. Digәr mühüm müәssisәlәr: Pereyaslavsk süd z-du (Lazo ad. r-n), vә likör-araq z-du (Xabarovsk).
    X.d.-nın xarici ticarәt dövriyyәsi 2256,0 mln. dollar, o cümlәdәn ixracat 1437,8 mln. dollardır (2014). İxrac olunur (dәyәrindәn % ilә): oduncaq (tәqr. 40), yanacaq-energetika kompleksi mәhsulları (tәqr. 30), metal vә metal mәmulatları (tәqr. 15) әrzaq әmtәәlәri vә k.t. xammalı (tәqr. 10) vә s. İdxal edilir (dәyәrindәn % ilә): maşınqayırma mәhsulları (tәqr. 75), metal vә metal mәmulatları (tәqr. 8), kimya sәnayesi mәhsulları (tәqr. 7), әrzaq әmtәәlәri vә k.t. xammalı (tәqr. 5) vә s.
    K ә n d t ә s ә r r ü f a t ı. mәhsullarının dәyәri 358,1 mln. dollardır (2014), bit kiçiliyin payına tәqr. 55% düşür. K.t. torpaqları 0,8% (onun tәqr. 40%-i әkin sahәsidir) tәşkil edir. Diyarın c. hissәsindә buğda, arpa, yulaf, soya bitkilәri, kartof, tәrәvәzlәr, yemlik bitkilәr, meyvә vә gilәmeyvәlәr; şm. r-nunda mәhdud miqdarda kartof, dincә qoyulmuş torpaqlarda tәrәvәz becәrilir. Əkin sahәlәrinin tәqr. 35%-ni yemlik bitkilәr, tәqr. 30% – texniki bitkilәr, 25% – kartof vә tәrәvәzlәr, 10% – dәnli vә dәnlipaxlalı bitkilәr tutur. Qaramal, donuz, davar, ev quşları yetişdirilir. Maralçılıq, heyvandarlıq inkişaf etmişdir.
    X i d m ә t s f e r a s ı n d a nәql. xidmәtlәri, ticarәt, müxtәlif mәişәt xidmәtlәri, daşınmaz әmlak әmәliyyatları, elәcә dә turizmin inkişafı mühüm yer tutur.
    N ә q l i y y a t. D.y. uz. 2126 km-dir (2014). Diyarın әrazisindәn Transsibir vә Baykal-Amur d.y. magistralları keçir. Bәrk örtüklü avtomobil yollarının uz. 9.3 min km. C. vә mәrkәzi rayonların şm. rayonları ilә ilboyu davamlı avtomobil nәql. әlaqәsi yoxdur. Mühüm avtotraslar: “Amur” (Çita – Xabarovsk), “Ussuri” (Xabarovsk – Vladivostok), “Vostok” (Xabarovsk – Naxodka), hәmçinin Xabarovsk - Lidoqa - Vanino, Selixino - Nikolayevskna-Amure, Komsomolsk-na-Amure - Beryozovıy - Amqun - Moqdı - Çeqdomın.
    Dәniz nәqliyyatı mühüm әhәmiyyәt kәsb edir. Daxili su nәql. diyarın şm. rayonları ilә әlaqәsindә mühüm rol oynayır. Sәrnişin daşınması üçün yüksәksürәtli Xabarovsk –Komsomolsk-Amur – Nikolayevsk-Amur – Xabarovsk tranzit xәtti (tәqr. 930 km) fәaliyyәt göstәrir. İri çay portları: Xabarovsk vә Komsomolsk-Amur. Xabarovskda beynәlxalq aeroport var (ildә tәqr. 2 mln. sәrnişin; Uzaq Şәrqdә әn iri).
    Sәhiyyә. X.d.-nda әhalinin hәr 10 min nәfәrinә 57,9 hәkim, 106,5 orta tibb işçisi, 99,6 xәstәxana çarpayısı düşür (2013). Ümumi xәstәlәnmә әhalinin hәr min nәfәrinә 967,4 hadisә tәşkil edir (tәnәffüs orqanları xәstәliklәri – 45,2%, qan dövranı sistemi xәstәliklәri – 3,3%, dayaq-hәrәkәt aparatı xәstәliklәri – 2,5%, travma vә zәhәrlәnmәlәr 7,01%) (2013). Vәrәmlә xәstәlәnmә әhalinin hәr 100 min nәfәrinә 119,13-dür (2013). Ölümün әsas sәbәblәri: qan dövranı sistemi xәstәliklәri (57,3%), yenitörәmәlәr (15%), xarici sәbәblәr (12,1%). Balneoloji kurortu: Kuldur.
    Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri. Diyarda 427 mәktәbәqәdәr müәssisә, 398 ümumtәhsil müәssisәsi, 12 ibtidai vә 29 orta peşә tәhsili müәssisәsi, 20-dәn çox ali tәhsil müәssisәsi (2014); 320-dәn çox kitabxana, tәqr. 20 muzey fәaliyyәt göstәrir. Başlıca ali tәhsil müәssisәlәri, elmi müәssisәlәr, kitabxana vә muzeylәr Amurskda, Komsomolsk-Amurda, Xabarovskda (o cümlәdәn REA-nın Uzaq Şәrq Şöbәsinin Xabarovsk Elmi Mәrkәzi) yerlәşir.
    1935 ildә diyarda Musiqi mәktәbi, 1938 ildә Xabarovsk diyar filarmoniyası açılmışdır. Xabarosk diyar musiqili teatrı, filarmonik “Gelikon” teatrı, “Kaleydoskop” filarmonik teatrı, Uzaq Şәrq akademik simfonik orkestri fәaliyyәt göstәrir. 2003 ildәn yerli xalqların mәrasim bayramları festivalı (“Dostluq qavalı”; Amur r-nunda) keçirilir. Aparıcı teatr müәssisәlәri, әsasәn, Xabarovsk ş.-ndә yerlәşir.
    Kütlәvi informasiya vasitәlәri. “Tixookeanskaya zvezda” (1920 ildәn; hәftәdә 5 dәfә), “Priamurskiye vedomosti” (1990 il -dәn; hәftәdә 1 dәfә), X.d.-nın aparıcı qәzetlәridir. Diyarın informasiya agentliklәri: Amur Media, “Otkrıtıy qorod”, “Xabarovskiy kray seqodnya”.
    Radio yayımı 1927 ildәn, televiziya 1960 ildәn fәaliyyәt göstәrir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 