XABÉLOV Leri Qabreloviç (d.5.7.1964, Tbilisi) – Rusiya idmançısı (sәrbәst gülәş), SSRİ әmәkdar idman ustası (1986). 100 kq-adәk çәki dәrәcәsindә çıxış etmişdir. 25-ci Yay Olimpiya Oyunlarının (1992, Barselona) çempionu vә 24-cü Yay Olimpiya Oyunlarının (1988, Seul) gümüş mükafatçısıdır. 5 dәfә dünya (1985–93), 3 dәfә Avropa (1985–88), 3 dәfә SSRİ (1985–88) vә Rusiya (1993) çempionudur.










