XABUR, N ә h r - ә l - X a b u r – Suriyanın şm.-ş.-indә çay (yuxarı axını Türkiyәdәdir). Fәrat çayının sol qolu. Uz. 486 km (o cümlәdәn tәqr. 320 km-lik mәsafәdә axın daimidir), hövzәsinin sah. 33,2 min km2. Qaracadağ d-rından başlanır. Cәzirә platosunda axır. Ortaillik su sәrfi aşağı axınında tәqr. 70 m3/san-dir. Qışda vә yazda daşqınlar olur. Suvarmada istifadә edilir. Hasәkә ş. (Suriya) X. sahilindәdir.










