Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XACƏ ƏHRAR
    XACƏ ƏHRAR ( ), Nasirәddin Übeydullah ibn Mahmud әş-Şaşi әs-Sәmәrqәndi (1404, Daşkәnd, Bağıstan – 20.2. 1490, Sәmәrqәnd, Kamangәran) – nәqşibәndiyyә şeyxi, dini vә siyasi xadim. İlk tәhsilini dayısı Xacә İbrahimdәn almışdır. 1426 ildә Mavәraünnәhr vә Xorasana sәyahәtә çıxmış, tәsәvvüfü dәrindәn öyrәnmişdir. Sәmәrqәnddә Qasım Ənvarla görüşmüşdür. 1431 ildә nәqşibәndiyyә tәriqәtini qәbul etmiş, Yәqub Çәrxinin müridi olmuşdur. 1432 ildәn onun icazәsi ilә Daşkәnddә irşad fәaliyyәtinә başlamışdır.1451 ildә Teymuri hökmdarı Əbu Sәidin [1451-69] dәvәti ilә Sәmәrqәndә getmiş, Sәmәrqәndin vә Buxaranın siyasi vә ictimai hәyatında mühüm rol oynamışdır. Əbu Sәidin vә oğlu Əhmәdin [1469-94] dövründә hakimiyyәtin әsas dayaqlarından biri olmuşdur. Sülhün vә nizam-intizamın bәrqәrar edilmәsinә yardım göstәrmiş, 1485 ildә moğollar vә özbәklәrlә döyüşün qarşısını almışdı. Onun sәyi nәticәsindә tamğa vә digәr ağır vergilәr lәğv olunmuşdu. X.Ə. geniş maddi imkanlarından istifadә edәrәk, Sәmәrqәnd, Buxara, Daşkәnd, Qarşi ş.-lәrindә dükanlar, torpaq sahәlәri, suvarma kanalları vә s. almış, onları mәscid, mәdrәsә vә tәkyәlәrә vәqf etmişdi.
    X.Ə. tәsәvvüfdә mötәdil mövqe tutmuş, ifratçılığın әleyhinә olmuşdur. Əsasәn, İbn Ərәbinin irfani görüşlәrini bölüşmüşdür. Şәriәt normalarına ciddi riayәtin tәrәfdarı olmuşdur. Tәrki-dünyalığın әleyhinә çıxmış, ardıcıllarını siyasi vә ictimai işlәrdә fәallığa çağırmışdır. X.Ə.-ın zamanında nәqşibәndiyyә tәriqәti siyasi nüfuz qazanmışdır. Əbdürrәhman Cami “Töhfәtül-әhrar” әsәrini X.Ə.-a ithaf etmiş, “Nәfә hatül-üns”, “Silsilәtüz-zәhәb” vә s. әsәrlәrindә dәfәlәrlә onu yad etmişdir. X.Ə. nәqşibәndiyyәnin әsasları, zikr, ibadәt, Allah sevgisi kimi mövzulara dair “Fiqәrat”, “Risaleyi-validiyyә”, Əbu Sәid Əbül xeyrin “Hәvra” (“Hurilәr”) rübaisinin şәrhi olan “Risaleyi-Hәvraiyyә” vә mәktublarından ibarәt “Mәktubat” әsәrlәrinin müәllifidir. Sәmәrqәnddә onun mәzarı yanında inşa olunmuş Xacә Əhrar ansamblı mühüm ziyarәt yeridir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 