XACƏ ƏLİ MÜSƏVVİR (?–?) – 15 әsr Azәrb. rәssamı. Hәyatı vә yaradıcılığının ilk dövrü haqqında mәlumat yoxdur. 15 әsrin әvvәllәrindә Tәbrizdә, sonralar Heratda uzun müddәt saray kitabxanasında çalışmışdır. Azәrb. rәssamları Pir Seyid Əhmәd Tәbrizi, Qәvamәddin Tәbrizi vә b. ilә birlikdә Herat hakimi Baysunqur Qiyasәddin üçün hazırlanan cüngә illüstrasiyaların çәkilmәsindә iştirak etmişdir. Baysunqurun vә fatından sonra da X.Ə.M. Heratda işlәmişdir. Nizami “Xәmsә”sinin 15 әsrә aid әlyazmasına (Topqapı muzeyi, İstanbul) sәnәt karlıq cәhәtdәn kamil miniatürlәr çәkmiş, әsәri zәrif vә zәngin tәzhiblәrlә dә bәzәmişdir. Herat rәssamlıq mәktәbinin sonrakı inkişafında mühüm xidmәti olmuşdur.
Əd.: K ә r i m o v K. Azәrbaycan miniatürlәri. B.,2013; Rasim Ə f ә n d i. Azәrbaycan incәsәnәti. B.,2001; Г а с а н з а д е Д.Ю. Тебризская школа в контексте мусульманской миниатюрной живописи (XV–XVI вв.). Книга вторая. Б., 2016.










