Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XACƏQAN 
    XACƏQAN ( ) – 12–15 әsrlәrdә Mavәraünnәhrdә fәaliyyәt göstәrmiş sufi tәriqәti. Nәqşibәndiyyә tәriqәtinin mәnәvi sәlәfidir. Xacә lәqәbini alan ilk sufi Yusif Hәmәdani olsa da, tәriqәtin banisi onun xәlifәsi, “sәr-silsileyi-xacәqan” (X. silsilәsinin başçısı) lәqәbi ilә xatırlanan Əbdülxaliq Gücdәvanidir. Hәmәdaninin digәr xәlifәsi Əhmәd Yәsәvi vasitәsilә X. vә yәsәviyyә tәriqәtlәri arasında mәnәvi bağlılıq olmuşdur. Gücdәvaninin tәriqәt silsilәsinin beşinci hәlqәsi olan Seyyid Əmir Kulalın (ö. 1370) dörd xәlifәsindәn birincisi Bәhaәddin Nәqşibәndi müstәqil nәqşibәndiyyә tәriqәtini qurmuş, X. isә digәr üç xәlifә ilә davam etmişdir. Zaman keçdikcә X. nәqşibәndiyyәnin daxilindә әrimişdir.
    H. Orta Asiyada tәsәvvüfün inkişafında müstәsna rol oynamışdır. Tәriqәtin әsas sәciyyәvi xüsusiyyәti onun mötәdilliyi vә şәriәtә bağlılığı idi. Gücdәvani X. tәriqәtinin sonradan nәqşibәndiyyәnin әsasını tәşkil edәn sәkkiz prinsipini işlәyib hazırlamışdı. Bu prinsiplәrin birincisinin nәfәs üzәrindә diqqәt (“huş dәr dәm”) olması X. tәlimindә sufinin dәruni vәziyyәtinә nәzarәt üçün nәfәsalma texnikasının mühümlüyünü göstәrir. “Kәlimati-qüdsiyyә” adlanan bu prinsiplәrә sonralar Bәhaәddin Nәqşibәndi daha üç prinsip әlavә etmişdir. X. tәriqәtinin quruluşu vә tәlimi haqqında azsaylı mәnbәlәrdәn әn mühümü Gücdәvaninin “Risaleyi-sahibiyyә” әsәri vә Xacә Əli Ramitәninin (ö. 1315/1321) sözlәrinin toplandığı “Mәnaqibnamә”dir (müәllifi Mәhәmmәd ibn Nizam Xarәzmi). X. tәriqәt kimi sıradan çıxdıqdan sonra da uzun müddәt Orta Asiyada tәsirini saxlamışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 