Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XAÇ 
    XAÇ – iki milin bir-biri ilә perpendikulyar olaraq kәsişmәsindәn әmәlә gәlәn nişan; bir çox dünya xalqlarının mәdәniyyәtindә geniş yayılmış simvollardan biri. Çoxlu elementlәrdәn ibarәt X. formaları var.
    H. tәsvirinә artıq Üst Paleolitdә rast gәlinir. Ənәnәvi vә arxaik mәdәniyyәtlәrdә X. tanınma, identifikasiya (mәs., kriptoqrafiyada), xәbәrdarlıq, diqqәt, müdafiә (hәmayil kimi), seçim (nağıllarda, qәhrәmanlıq eposlarında dörd yol ayrıcı), lәğvetmә vә ölüm işarәsi kimi istifadә olunmuşdur. Bәrabәrucluqlu X.-lar adәtәn sol yar simvollardır (bax Günәş kultu). Ucları qeyribәrabәr olan X.-lar (şaquli istiqamәtdә uzunsov mili olan X., elәcә dә yuxarı çıxıntısında ilgәk olan Qәdim Misir X.-ı –anx) ağac obrazına (Dünya ağacı) vә qolları yana açılmış antropomorf fiqura bәnzәdilә bilәr; belә X.-lar adәtәn insan modeli anlamında çıxış edir. Qәdim Şәrqdә vә Roma imperiyasında X. şәklindә edam qurğuları (çarmıx) olmuşdur.
    Xristianlıqda X. nişan vә ya predmet qismindә İsa peyğәmbәrin çarmıxa çәkilmәsinin rәmzidir. X. tәsvirlәri imperator Konstantinin dövründәn yayılmağa başlamışdır. Müxtәlif dövrlәrdә xristian dövlәtlәrindә X. dövlәt simvolikasında (gerblәr, möhürlәr, sikkәlәr vә s.), hüquq tәcrübәsindә (andiçmә, X.-ı öpmә), sәnәtkarlıqda (mәhsulun işarәlәnmәsi), ticarәtdә, hәrbi işdә (qılıncların X. şәklindә kәsişmәsi) geniş istifadә olunmuşdur. Xristian ikonoqrafiyasında X.-lar formasına görә 2 böyük qrupa bölünür: “yunan X.-ı” (bәrabәrucluqlu X.) vә “latın X.-ı” (şaquli istiqamәtdә uzunsov mili olan X.); heç bir etnomәdәni vә ya konfessional sәciyyә daşımayan bu adlandırma şәrtidir. Bundan әlavә, Lotaringiya (ikiköndәlәnli), Papa (üçköndәlәnli), Malta (ucları haçalanmış) vә s. X. formaları da var.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 