XAÇ SUYUNA SALMÁ, v ә f t i z – kilsәyә qәbuletmә mәrasimi; әsası İsa Mәsih tәrәfindәn qoyulmuşdur. X.s.s. bütün digәr Müqәddәs ayinlәrdәn öncә hәyata keçirilir.
X.s.s. mәrasimini Vәftizçi Yәhya (İohann) Mәsihin tezliklә zühur edәcәyinә inananlar üzәrindә icra edirdi. İsa Mәsih dә onun tәrәfindәn İordan çayının suyuna salınmaqla bu mәrasimi keçmişdir. Vәftizçi Yәhyanın hәyata keçirdiyi X.s.s. hazırlıq xarakteri daşıyır vә ilahi bәrәkәtin verilmәsi ilә müşayiәt olunmurdu. Mәhz xristian mәrasimi kimi X.s.s.-nı İsa Mәsih “dirildikdәn” sonra, ilahi dәrgaha yüksәlmәzdәn öncә bәrqәrar etmişdir.
İlk vaxtlarda X.s.s. suya dalma yolu ilә olurdu. Bu mәrasim tәbii su hövzәlәrindә keçirilirdi. Hәmin suyun xüsusi müqәddәslәş dirilmәsi ayini haqqında mәlumat yoxdur. Xristianlığın leqallaşmasından sonra, 4 әsrdәn etibarәn böyük mәbәdlәrdә çarhovuzu olan xüsusi yerlәr (baptisterilәr; yun. “βαπτίζω” feilindәn – suya girmә, suya batma) quraşdırmağa başladılar. Zәrurәt olduqda başın üstündәn su tökmәklә X.s.s.-ya da icazә verilirdi. Su tökmәklә X.s.s. tәdricәn әksәr xristian kilsәlәrindә suya dalaraq X.s.s. ilә eyni dәrәcәdә qәbuledilәn oldu.
Uşaqları X.s.s. haqqında ilk mәlumatlar 2 әsrә aid olsa da, bunun hәvarilәr dövründә meydana gәlmәsi ehtimal edilir; İncildә bütöv ailәlәri X.s.s.-dan bәhs edәn yerlәr var. 7 әsrdәn etibarәn körpә uşaqları X.s.s. tәcrübәsi üstünlük qazandı.
Pravoslav vә katolik kilsә X.s.s.-nı İsa Mәsihin ölümündә vә “üçgünlük dirilmәsi”ndә insanın onunla birgә iştirakı, “su vә Ruhla ölümsüz yeni hәyata” doğuluşu kimi anlayır. Bu mәrasimlә insan ilkin günahdan azad olur vә keçmiş şәxsi günahlar bağışlanır. X.s.s. canın Allaha yüksәlişi prosesindә yalnız ilk pillә olub, insanın mәnәvi-ruhani inkişafının zәmanәti rolunda çıxış edir: әgәr X.s.s.-nın ardınca insan hәyatının yenilәnmәsi, mәnәvi yetkinlәşmә baş vermirsә, mәrasim öz әhәmiyyәtini itirir.
Protestantizmdә X.s.s.-nın anlaşılmasında subyektiv faktor mühüm rol oynayır. Klassik protestant düşüncәsinә görә, X.s.s. insanın şәxsi sәylәrini Allahın iradәsinә uyğunlaşdıran dinә müraciәt sınağıdır. Lüteranlar, anqlikanlar, kalvinçilәr “Ata, Oğul vә Müqәddәs Ruh adına” formulunun mәcburiliyini saxlamaqla, X.s.s.-nın müxtәlif formalarını (suya dalma, su tökmә) qәbul edirlәr. Eyni zamanda, onlar hәm uşaqları, hәm dә böyüklәri X.s.s.-ğa icazә verirlәr. Baptistlәr X.s.s. simvolikasının hәrfi anlamından çıxış edәrәk, yalnız suya dalmanı qәbul edirlәr. Bir çox protestant denominasiyalarında (o cümlәdәn baptist icmalarında) azyaşlı uşaqları bu mәrasimdәn keçirmirlәr: hesab edilir ki, insan X.s.s. ilә bağlı qәrarı dәrk edilmiş şәkildә vermәlidir.










