XAÇIN – Azәrb. Resp.-nda çay (Kür hövzәsi). Kәlbәcәr, Ağdam vә Bәrdә r-nları әrazisindәn axır. Uz. 119 km, hövzәsinin sah. 657 km2. Qarabağ silsilәsindәn (Uyuxlu d.-ndan c.-da, 2100 m hünd.-dәn) başlanır. Mühüm qolu Kolatağdır. Əsasәn yağış suları ilә qidalanır. Suvarmada istifadә olunur. Mәcrasında Xaçınçay su anbarı yaradılmışdır.

Xaçın çayı.










