XAÇIN – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Keşiş kәnd, 3.1.1935 ildәn Mikoyan, 6.12.1957 ildәn Yeğeqnadzor r-nu) azәrb.-ların yaşadığı kәnd. 1828 ilә qәdәr kәnddә ancaq azәrb.-lar yaşamışlar. İrәvan xanlığının Rusiya tәrәfindәn işğalından sonra kәndin әrazisinә İrandan köçürülüb gәtirilmiş xeyli ermәni ailәsi yerlәşdirilmiş vә kәndin azәrb. әhalisi tәdricәn sıxışdırılıb çıxarılmışdır. 19 әsrin ortalarında kәnd tamamilә ermәnilәşdirilmişdir.










